TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
(®)Xarici maliyyə institutları ilə əlaqələrini uğurla inkişaf etdirən TuranBank ASC Habib American Bank (HAB Bank) ilə beynəlxalq müxbir əlaqələr şəbəkəsinin genişləndirilməsi məqsədi ilə strateji əməkdaşlığa başlayıb.
Belə ki, əməkdaşlıq çərçivəsində TuranBank Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan HAB Bankda ABŞ dollarında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edəcək.
TuranBank-ın HAB Bank ilə əldə etdiyi bu saziş beynəlxalq pulköçürmələri xidmətlərinin inkişafına, beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin Bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub. TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























