Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
Unibank yaşıl maliyyələşmənin təşkili və ICMA standartlarına uyğun “yaşıl istiqrazlar”ın emissiyası istiqamətində, AIFC Yaşıl Maliyyə Mərkəzi (Astana Beynəlxalq Maliyyə Mərkəzi) ilə əməkdaşlığa başlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu əməkdaşlıq 2024-cü il üçün Bankın strateji inkişaf prioritetlərindən olan “ESG” (Ətraf mühit, Sosial və İdarəetmə) istiqaməti üzrə layihələrin həyata keçirməsinə imkan yaradacaq. Unibank bu strategiyanın reallaşdırılması istiqamətində "yaşıl layihələr”in dəstəklənməsinə xüsusi diqqət yetirir.
“Yaşıl istiqrazlar”ın emissiyası layihəsinin ikili əməkdaşlıq fonunda həyata keçirilməsində kapital bazarları istiqaməti üzrə konsultant və dəstəkçi qismində “Unicapital” İnvestisiya Şirkəti çıxış edəcək. “Yaşıl istiqrazlar”ın emissiyası Azərbaycanın maliyyə infrastrukturunun inkişafına töhfə verəcək və diqqəti ətraf mühitin mühafizəsinə yönəldəcək layihələrdəndir.
Beynəlxalq Kapital Bazarları Assosiasiyasının təsis etdiyi “yaşıl istiqrazlar” prinsiplərinə uyğun olaraq, emissiya vasitəsilə cəlb edilən vəsait ekoloji cəhətdən perspektivli layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İl çərçivəsində istər dövlət, istərsə də özəl strukturlar bu istiqamətdə yeni layihələrin reallaşdırılmasında irimiqyaslı və innovativ addımlar atır.
Belə layihələr qlobal təşkilatların da diqqət mərkəzindədir. İqlim dəyişiklikləri, eko sistemin pozulması və ekoloji çirklənmə kimi qlobal əhəmiyyətli problemlərin həllində dəstək göstərilməsi hər bir şəxsin mənəvi öhdəliklərindən hesab olunur.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin əsas fəaliyyət funksiyaları ölkənin iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərmək, maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























