Dövlət Xidməti influenser və bloqerlərə qumar reklamı ilə bağlı xəbərdarlıq etdi
Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Dövlət Xidməti istehlakçılara qanunsuz idman mərc oyunlarının təbliğatını aparan internet səhifələrinə etimad göstərməməyi tövsiyə edirBir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır.
Araşdırmalar zamanı Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.
Bildiririk ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.
Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar internet resurslarında keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamı ilə qarşılaşdıqları zaman Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
23 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
37 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Ən çox oxunanlar
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib


















