Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi
(®) 15-16 May tarixlərində Ziraat Bank Azərbaycanın da tərəfdaş və iştirakçı olduğu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda tədbir baş tutub.
İki gün ərzində davam edən bu tədbirdə bir çox yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və müxtəlif səlahiyyətli nümayəndələri bir araya gələrək maliyyə və bank sektorunda baş verən ən son innovativ həlləri, təkmilləşdirilmiş maliyyə istiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir və təcrübə mübadiləsi aparıblar.
Bank hər il təşkil olunan nüfuzlu beynəlxalq tədbirdə iştirakı və tərəfdaşlığına görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus,160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
20 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
45 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























