"Kapital Bank"ın Sədrindən biznes kreditlərilə bağlı açıqlama - "Orta faiz dərəcələri düşür"
“Biz görürük ki, ildən-ilə kiçik və orta biznesin götürdüyü kredit həcmləri artır, ortalma faiz dərəcələri düşür. Bu da onu göstərir ki, banklar krediti vermək, müştərilər də götürmək istəyirlər”,
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Sədr, “Mən düşünürəm ki, indiki şəraitdə bizneslərə kredit lazımdır və bizneslər kredit götürür” deyərək çıxışına belə davam edib:
““Kapital Bank” daha çox dövlət, böyük infrastruktur layihələrində iri həcmdə kreditləşdirmə ilə iştirk edir. Digər fokus isə mikro, kiçik və orta sahibkarlıqdır. Bizim burada rəqəmlərimiz ildən-ilə artır. Biz burada potensialı, həm də müştəri ehtiyaclarını və artan müraciətləri görürük. Həm də müştərilərin banklara təqdim etdikləri məlumatların keyfiyyətinin artdığını müşahidə edirik. Bu da banklara daha rahat və ucuz kredit verməyə imkan yaradır”.
Fərid Hüseynov əlavə edib ki, “Kapital Bank” mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi və onlara digər bank xidmətlərinin göstərilməsi baxımdan bazarda liderlərdən biridir və lider olaraq da qalmağı hədəfləyir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)



.jpg)








