Dreame brendi artıq Azərbaycan bazarında!
Robotlar evlərdədir!(®) Müasir dövrdə, texnologiyanın heç vaxt olmadığı qədər sürətli inkişafı sayəsində həyatımızda böyük dəyişikliklər baş verir. Bu dəyişikliklərdən biri də robot texnologiyalarının evlərimizdə geniş şəkildə tətbiq olunmasıdır.
Robot tozsoranlar və digər avtomatlaşdırılmış ev cihazları gündəlik işlərimizi asanlaşdırmaqla yanaşı, vaxtımızı da daha məhsuldar, effektiv və ən əsası ev işləri üçün yorulmadan keçirməyimizə imkan verir.
Dreame brendinin yaranması haqqında
2015-ci ildə təsis edilən Dreame Technology, qlobal istifadəçilərin yaşayış keyfiyyətini artırmaq vizyonu ilə qurulmuş innovativ bir şirkətdir. Astrodinamika texnologiyalarından istifadə edərək yüksək səviyyəli təmizlik cihazlarının istehsalı üzrə ixtisaslaşmış şirkət, 2017-ci ilin sonunda Xiaomi Ekoloji Zəncirinə qoşularaq ağıllı məişət təmizlik cihazlarının aparıcı şirkətlərindən biri olmuşdur.
Şirkətin CEO və qurucusu Yu Hao uşaqlıqdan ixtiralar etməyi sevirdi. 12 yaşında o, "ikili nəzarət dövriyyəsi"ni icad etdi və beləliklə, onun texnologiya arzusunun əsası qoyuldu. 2009-cu ildə Yuhao, Tsinghua Universitetində “Sky Workshop” adlı kosmik tədqiqat layihəsini başlatdı və Boeing şirkətinin diqqətini və ardınca investisiyasını cəlb etdi. “Sky Workshop” Çindəki ilk xaker məkanı oldu və hazırda Tsinghua Universitetinin aparıcı tələbə texnologiya komandasıdır.
Yu Hao, 2015-ci ildə öz işinə başlamaq qərarına gəldi və astrodinamik texnologiyaları gündəlik həyatda tətbiq etməyə başladı. Dreame, o vaxtdan bəri “məişət təmizliyi” sənayesini tamamilə dəyişdirdi.
İnnovasiya və Texnologiyalar
Dreame kosmik elm texnologiyalarını özünə əsas yol olaraq götürərək yüksək texnologiyalı AR-GE (Tədqiqat və İnkişaf) və məhsul komandası qurmuşdur. AR-GE işçiləri ümumi komandanın 80%-ni təşkil edir və əsas texniki problemlərin həllinə üzərində çalışırlar.
İllər ərzində Dreame, yüksək sürətli motor, monokulyar maşın görməsi, SLAM (simultaneous localization and mapping) və çox konuslu siklon ayrılması kimi bir sıra inqilabi mühüm ixtiralar hazırlamışdır və 150-dən çox əsas patent sahibdir. Bu üstünlüklərin sayəsində hazırda qlobal lider mövqeyində olan Dreame, ağıllı təmizlik sahəsində daim yeniliklər edir və yüksək səviyyəli texnologiyaları simsiz tozsoranlara, robot tozsoranlara və digər ev və məişət əşyalarına tətbiq edərək tədricən Dreame məhsul kateqoriyasını qurur.
Dreame Məhsullarının Üstünlüklər
Dreame məhsulları, avtomatlaşdırılmış texnologiyaları ilə ev işlərini daha asan və sürətli edir. Dreame Robot tozsoranları yüksək əmici gücə, uzunmüddətli batareyaya və smart naviqasiya sisteminə malikdir. Şaquli tozsoranlar isə yüngül və rahat istifadə oluna bilən dizaynı ilə evinizin hər küncünü təmizləmək üçün ideal seçimdir. Dreame saç qurutma cihazları, güclü və zərif qurutma texnologiyası ilə saçlarınıza zərər vermədən mükəmməl nəticələr əldə etməyə imkan verir.
Dreame Qlobal Bazarda
Dreame brendi, qlobal bazarda da böyük uğur qazanmış və geniş miqyasda tanınmışdır. Asiya, Avropa və Amerika bazarlarında geniş yayılmış Dreame məhsulları, keyfiyyəti və innovativ yanaşması ilə bütün dünyadakı istifadəçilər tərəfindən yüksək qiymətləndirilir. Dreame hər zaman müştəri məmnuniyyətini ön planda tutaraq, yüksək keyfiyyətli məhsullar təqdim etməyə davam edir.
Dreame Azərbaycanda
Azərbaycanda Kontakt Home, Baku Electronics, Buymi kimi məşhur mağaza şəbəkələrində, Umico kimi onlayn mağazalarda müştərilərə təqdim olunan Dreame brendi öz müştəriləri ilə Instagram, Facebook və TikTok sosial media kanalları üzərindən kommunikasiya qurur.
Bu kanalları izləyərək, yeni Dreame məhsulları haqqında daha ətraflı məlumat əldə edə, müxtəlif müsabiqələr və hədiyyə kampaniyalarında iştirak edə bilərsiniz. Sosial media səhifələrini izləməklə Dreame ailəsinin bir parçası olmaq və texnologiyanın ən son yeniliklərindən faydalanmaq imkanı əldə edəcəksiniz.
Dreame ilə Texnologiyanın Rahatlığını Yaşayın!
Həyatınızı daha rahat və məhsuldar etmək üçün Dreame məhsullarını seçin. Robotlar evinizdəki yorucu işləri öz üzərinə götürsün, siz isə sevdiklərinizlə daha çox vaxt keçirin. Dreame ilə texnologiyanın gücünü və rahatlığını yaşayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
7 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
9 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
9 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
9 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)













.jpg)


