Əhali 4,6 milyard pulunu xarici valyutada banklara yerləşdirib
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82.4%-i və ya 35 milyard 361.1 milyon manat.
Bu barədə Marja.az Mərkəzi Bankın aylıq Statistik bülleteninə istinadən xəbər verir.
Qeyd edilib ki, depozit portfelinin 62.6%-i (22 milyard 150.8 milyon manat) hüquqi şəxslərin, 37.4%-i (13 milyard 210.4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.1%-i (7 milyard 414.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 65.2%-i (8 milyard 617.7 milyon manat) milli valyutada, 34.8%-i (4 milyard 592.6 milyon manat) xarici valyutadadır.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 262.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması aprel ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 3 faiz bəndi azalaraq 34.3% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 19 d. əvvəl
-
-
46 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 48 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub




















