Bakı Mühəndislik Universitetində “Kapital Bank otağı" istifadəyə verildi
23 may 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Kapital Bank arasında memorandum imzalandı və yeni strateji əməkdaşlığın əsası qoyuldu. Mərasimdə Kapital Bank-ın İdarə heyətinin sədri Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bildirdi ki, “Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”.
Universitetin rektoru Yaqub Priyev isə çıxışında bu əməkdaşlıq sayəsində tələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı.
İmzalanma mərasiminin ardından Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə Bakı Mühəndislik Universitetində təhsil almış, bu gün isə Kapital Bank-ın menecer heyətində yer alan bank əməkdaşları öz təsüratlarını bölüşdülər.
Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























