ABB daha bir maraqlı xidməti təqdim etdi
ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı(®) Yeni rəqəmsal təcrübələrlə müştərilərin işini asanlaşdıran ABB daha bir maraqlı xidməti təqdim edib.
Bank özünün partnyor şəbəkəsinə aid olan e-ticarət saytlarında və mobil tətbiqlərdə tokenlə (Apple Pay/Google Pay) ödəniş imkanı yaradıb.
Belə ki, indi müştərilər ABB partnyorunun saytına və ya mobil tətbiqinə daxil olduqda ödənişi elektron pulqabındakı istənilən kartla dərhal ödəyə bilirlər. Müştərinin hər hansı kart məlumatlarını daxil etməsinə, əlavə eyniləşdirmə üsullarına ehtiyac qalmır.
ABB layihəni Visa ilə tərəfdaşlıq əsasında reallaşdırıb. ABB-nin e-ticarət tərəfdaşları üçün yaratdığı bu imkan onlara məxsus sayt və mobil tətbiqlər üzərindən daha rahat, sürətli və təhlükəsiz ödənişləri təmin edəcək.
Partnyorlar ABB-yə müraciət edərək müştərilər üçün “Apple Pay” və “Google Pay” ilə onlayn ödənişlərin qəbulunu aktivləşdirə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
45 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 47 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
















.jpg)



