AccessBank 2023-ci il üzrə audit hesabatını açıqladı
(®) Azərbaycanın aparıcı maliyyə institutu olan AccessBank, PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Göstəricilər ilə tanış olmaq üçün linkə keçid edin: https://www.accessbank.az/upload/iblock/eee/x29v9iddcps01uf3eub75osxkbzpmt8v/AccessBank%20FS%20FY2023_AZE_Final.pdf
Bankın yaydığı press-relizdə bildirilir ki, AccessBankın 2023-cü ilin nəticələrinə əsasən xalis mənfəəti 43.0 milyon manat təşkil edib. Bu nəticə ötən ilin eyni göstəricisi ilə müqayisədə 2.1 dəfə çoxdur. Bununla da ROE göstəricisi 34.1%-ə yüksəlib.
Hesabata əsasən, 31 dekabr 2023-cü il tarixinə bankın aktivləri 1398.6 milyon manat təşkil edib ki, onun da 70.8%-ni kredit portfelidir.Bankın kredit portfeli il ərzində 25.2% artaraq 990.3 milyon manata çatıb. Kredit portfelinin artımı xüsusən mikro sahibkarların kreditləşməsi hesabına olub və bank bu istiqamətdə ümumi bazar payının 25%-nə sahib olmaqla lider mövqeyini qoruyur.
Bankın depozit portfeli 22.1% artaraq 1 078.9 milyon manata çatıb. Eyni zamanda, bank ötən il ərzində beynəlxalq kreditorlardan 51 milyon manat həcmində vəsait cəlb edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-u bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
29 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
50 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























