
Həmyerlimiz İsveçrədə Top 10-a daxil investisiya şirkətlər qrupunda
Azərbaycanlı Fəqan Nağıyev İsveçrənin iri şirkətlər qrupunda rəhbər vəzifəyə təyin olunub
Həmyerlimiz Fəqan Nağıyev İsveçrənin korporativ-investisiya bankçılığı və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan Crossinvest Şirkətlər qrupunun MŞ-nın qərarı ilə qrupun Rəhbər Heyətinin üzvü təyin edilib. Bu vəzifədə F.Nağıyev inkişaf etməkdə olan ölkələr və beynəlxalq biznes sahələrinə rəhbərlik edəcək.
1985-ci ildə qurulan Crossinvest İsveçrə maliyə requlyatoru FİNMA tərəfindən, hər biri müstəqil lisenziyaya malik, Lugano, Sürix və Locarno mərkəzli şirkətlərdən vəCrossfund Lüksemburg, Crossfid İtaliya şirkərlərindən ibarət maliyyə qrupudur. Crossinvest habelə sığorta və pensiya fondlarının aktivlərini idarə etmək səlahiyyəti olan azsaylı maliyyə institutlarından biridir.
Beynəlxalq Citywire media qrupunun tərtib etdiyi top 50 müstəqil (beynəlxalq maliyyə-bank qruplarına daxil olmayan) investisiya şirkətləri reytinqində yer alan Crossinvest Qrupunun idarəetməsində olan ümumi aktivlərin dəyəri açıqlanmasada, etibarlı idarəetmə mandatı ilə təqribi 4 mlrd İsveçrə frankı və 11 investisiya fondunu idarə edən Crossinvest İsveçrənin top 10 müstəqil investisiya şirkətindən biridir.
Haşiyə: Linkedin platformasında açıqlanan məlumata əsasən Fəqan Nağıyev Azərbaycan, Rusiya, Avstriya və İsveçrə banklarında çoxillik təcrübəyə malikdir.
Crossinvest Qrupuna təyinatına qədər İsveçrənin Bank Julius Baer Qrupunda Direktor, Vyana ofisinin İcraçı Direktoru, daha sonra Mərkəzi və Şərqi Avropa Regionu üzrə İcraçı Direktor, Korporativ və İnvestisiya Bankçılığı (İnstitusional) Biznes blokunun rəhbəri vəzifələrində çalışıb. Habelə, 2023-cü ildən Vyana mərkəzli Blacktower Street Advisors GmbH konsaltinq şirkətinin təsisçi tərəfdaşıdır.
Fəqan Nağıyev 2005-ci ildə Azərbaycan Universitetinin hüquq fakultəsini fərqlənmə ilə bitirib. 2015-2020 -ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bacconi Universitetində, Honq Konqun City (CityU) Universitetində və Hindistanın Biznes Məktəbində (Indian School of Business) ixtisasartırma kursaları keçib. 2019-2020-ci illərdə Vyana İqtisadiyyat və Biznes Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə magistr programı olan Global EMBA proqramını bitirib.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 22 saat əvvəl
-
23 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
