Türkiyəli nazir Qaz Ticarət Mərkəzinə dair planları açıqlayıb
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar İstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarını açıqlayıb.
Türkiyəli nazir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında jurnalistlərlə söhbətində son illər Türkiyədə müasir enerji infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib.
“Yeni Qaz Ticarət Mərkəzi İstanbul Maliyyə Mərkəzinin ərazisində fəaliyyət göstərəcək. Hazırda müvafiq hazırlıq işləri aparılır, infrastruktur bazası formalaşdırılır. Bu istiqamətdə növbəti addım Türkiyənin BOTAŞ və Rusiyanın “Qazprom” şirkətlərinin təsis edəcəkləri ortaq enerji şirkətinin fəaliyyəti olacaq”, -deyə nazir qeyd edib.
O xatırladıb ki, Rusiya Federasiyası ilə Türkiyə arasında təbii qaz ticarəti üzrə əməliyyatlar 40 ildir davam edir.
Türkiyə Energetika Nazirliyinin rəhbəri ölkədə nüvə enerjisinin inkişafının vacibliyinə də diqqət çəkib. O deyib: “2050-ci ilədək Türkiyədə ümumi gücü 15 min MVt olacaq 12 reaktorun istismarını planlaşdırırıq”.
Nazirin sözlərinə görə, nüvə enerjisindən daha çox istifadə tendensiyası bütün dünyada baş verir ki, bu da ətraf mühitin çirklənməsinin azaldılması üzrə qlobal məqsədlərə uyğundur.
A.Bayraktar vurğulayıb: “COP28 konfransı çərçivəsində çox iddialı bir məqsəd qarşıya qoyuldu: atom elektrik stansiyalarının gücünü üç dəfə artırmaq və bununla da qlobal istiləşmə ilə mübarizədə bəşəriyyətə kömək etmək. Bu vəzifə Türkiyənin nüvə enerjisi sahəsindəki hədəfləri ilə üst-üstə düşür”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























