İngiltərə bankı və Polşadan investorlar Azərbaycanın dövlət istiqrazları bazarında aktiv fəaliyyətə başlayıblar
"Ölkəmizə yeni xarici investorların cəlbinə töhfə verməyə çalışırıq".
Marja.az xəbər verir ki, bunu keirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.
Şirkətin sədri qeyd edib ki, artıq Böyük Britaniyada yerləşən banklardan biri "PAŞA Kapital"ın müştərisidir:
"İngiltərədən bir bank yerli (Azərbaycanın – red) dövlət istiqrazları bazarında aktiv fəaliyyət göstərir. Biz o banka vasitəçilik xidmətləri göstəririk. Polşadan da investorlarımız var. Biz inanırıq ki, Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investorlar Azərbaycan bazarına daxil olacaqdır. Bu inteqrasiya başa çatdıqdan sonra istənilən xarici investor Azərbaycanın qiymətli kağızlarını da rahat ala bləcəkdir. Xarici investorların ölkəmizə daha çox gəlməsi üçün infrastrukturumuz mükəmməl işləməlidir, hər bir xidmət rəqəmsal olmalıdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























