“Baku ID” möhtəşəm bir tədbirlə yenidən qarşınızdadır
“Bakı Kristal Zal”da startaplar və investorlar üçün böyük tədbir baş tutacaq. “Baku ID”, 27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq sayca üçüncü olan tədbir üçün bilet satışına start verib.(®) SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı çərçivəsində startapını təqdim edərək investor cəlb etmək istəyənlər üçün əla bir fürsət təşkil edilmişdir. Baş sponsorluğunu Elm və Təhsil Nazirliyi, SOCAR, 4SİM, PAŞA Holding, ABB, Mappable və IDDA ilə nəzdində tərəfdaşlığını təşkil edən “Baku ID”, 27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da baş tutacaq sayca üçüncü olan tədbir üçün bilet satışına start verib.
Builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alacaqdır.
Bu böyük tədbir startapların investorların diqqətini cəlb etmək üçün əvəzsiz bir fürsət yaradır.
Tədbir çərçivəsində “Startup Wise Guys”, “White Hill Capital”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, "Aloqa Ventures" və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb və razılığa əsasən fondun büdcəsi 1.000.000 dollar olaraq razılaşdırılmışdır. Lakin bu məbləğ digər partnyorların dəstəliyi ilə artmağa davam etməkdədir. Bu, həmçinin ölkə tarixində bir innovasiya tədbirində verilən ən böyük həcmli mükafat fondudur. Bununla da “Baku ID” ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə tədbir zamanı startaplar "Startup Battle" konsepsiyası çərçivəsində mübarizə apararaq 15.000 AZN qrant mükafatının sahibi ola bilərlər.
Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və “Google”, “Sandbox”, “Hungri Games”, “HepsiBurada Global” kimi şirkətlərin iştirakı nəzərdə tutulmuşdur. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaqdır.
Tədbir boyunca startaplar investorlar ilə əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial olaraq investesiya əldə etmək üçün geniş imkanlar əldə edəcəkdir. Bundan başqa, tədbirdə dövlət rəsmiləri Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Gənclər və İdman naziri Fərid Qayıbov, bir sıra digər yerli və xarici partnyor nümayəndələrinin iştirak və çıxışları nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “Baku ID” innovasiya festivalı fəaliyyət dövrü çərçivəsində onlarla startapın inkişafına dəstək verərək minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olmuşdur. Ümumilikdə isə 1.7 milyon AZN-dən çox startapların investisiya alması üzrə uğur qazanmışdır.
“Baku ID” innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.bakuid.com veb-saytına keçid edə və sosial media kanalları vasitəsilə izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
2 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 3 saat əvvəl
-
4 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
5 saat əvvəl
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
-
9 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakı Fond Birjasında Yanvar çöküşü
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır





















