bp-nin Xəzərdəki əməliyyatlarında daha bir texnoloji ilk
İnsan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir.bp Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb. Şirkət ilk dəfə olaraq Şahdəniz Alfa platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.
"bp-Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, bu, bp-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var - onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.
“Şahdəniz Alfa platformasında boş çənlərin dronlar vasitəsilə yoxlanılması bu innovativ texnologiyanın bp-nin Xəzərdəki obyektlərində ilk tətbiqidir. “Elios 3” dronları ilə çənlərə texniki baxış keçirmək ənənəvi olaraq bu işə sərf etdiyimiz vaxtın çox cüzi bir hissəsinə başa gəlir. Başqa sözlə, insan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir və bu isə əməliyyatlarda maksimum fasiləsizliyə şərait yaradır.
“Ən vacib məqam isə odur ki, bu texnologiya əsas prioritetimiz olan əməyin təhlükəsizliyinin təmin olunmasında ciddi transformativ irəliləyişdir. Daha geniş mənada, dəniz əməliyyatlarında dronlardan istifadə texniki təhlükəsizlik və əməliyyatların mükəmməlliyi baxımından sənayemizdə yeni standart müəyyən edir”, - bp-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib.
Bu uğura əsaslanaraq, bp bu regiondakı əməliyyatlarında “Elios 3” dronlarından daha geniş miqyasda, münasib və tələblərə uyğun şəkildə qeyri-karbohidrogen maye üçün tutumların və çənlərin vizual texniki baxışı üçün də istifadə etməyi planlaşdırır.
Bu, bp-nin regional əməliyyatlarında çənlərin yoxlanılması və təmizlənməsi üçün texnologiyadan istifadə etdiyi ilk hal deyil. 2019-cu ildə şirkət Səngəçal terminalında xam neft saxlama çənlərinə texniki baxış keçirmək üçün ilk dəfə olaraq sürünən robotlardan istifadəyə başlayıb. Həmin vaxtdan, bu innovasiyanın tətbiqi irihəcmli xam neft çənlərinin təmizlənməsində insan əməyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, profilaktik işlərin fasiləsiz aparılmasını və nəticə etibarilə, xərclərə xeyli qənaət olunmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















