Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət edildi
Milli Məclis buraxılır.Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Bununla bağlı məsələ parlamentin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Müraciətlə bağlı qərarın mətnini Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev oxuyub.
Qərar layihəsi səsverməyə qoyularaq təsdiqlənib.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqsədə müvafiq hesab edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
"İrşad"ın Yaşıl cümə kampaniyası real endirimlər təklif edir - 3 gün 70%-dək endirim olacaq!
- 18 saat əvvəl
-
20 saat əvvəl
Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
-
21 saat əvvəl
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTOLAR
-
1 gün əvvəl
Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB