Bazarstore Bazarfest – gözəllik festivalı ilə ilkə imza atdı
Festival çərçivəsində 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi(®) 21 İyun tarixində Azərbaycanda pərakəndə sektorunda ilk dəfə olaraq Bazarfest gözəllik festivalı baş tutub.
Festival Xətai rayonunda yerləşən Bazarstore supermarketinin qarşısında, 140 m2-dən böyük ərazidə keçirilib. Əsas sloqanı “Sənin üçün. Sənin gözəlliyin” olan tədbirdə gözəllik və baxım məhsulları satan 10-dan artıq brend öz məhsullarının tanıtımını həyata keçirtdi. Hər bir brendin stendində müxtəlif aksiyalar, saç və üz baxımı edilib. Burada həmçinin əyləncəli oyunlar və hədiyyələr də var idi.
Bazarfest-in üç mindən artıq qonağı oldu
Saat 16:00-dan başlayan tədbirdə üç mindən artıq qonaq iştirak edib. Tədbir 22:30-a qədər davam edib. Axşam saatlarında DJ, rəqs qrupları ilə yanaşı tanınmış estrada müğənniləri Samira Efendi, Ayaz Babayev və Zamiq Hüseynov də öz sevilən ifaları ilə qonaqlar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. Festivalda həmçinin gələn qonaqlara yüzə yaxın müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 13 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 94 mağazası ilə ildə 45 milyon müştəriyə, ölkə üzrə 110 min kvadrat metr-dən artıq satış sahəsində, 3800-ə yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
14 d. əvvəl
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
- 26 d. əvvəl
-
- 31 d. əvvəl
-
39 d. əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
- 1 saat əvvəl
-
8 saat əvvəl
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
9 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
Rəsmi məzənnələr açıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Neftin qiyməti yenidən 100 dolları keçdi
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Ən çox oxunanlar
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
İran: Neftin 200 dollara qalxmasına hazır olun





















