Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti artıb
Mərkəz 30 milyon manata yaxın gəlirdən 3,7 milyon manata yaxın xalis mənfəət götürüb.
Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2023-cü ili 3 milyon 683 min manat xalis mənfəət ilə başa vurub. Mərkəz 2022-ci ili 2 milyon 266 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 417 min manat və ya 62,5% artıb. Xalis mənfəətin artması Bakı Sağlamlıq Mərkəzinin aldığı dotasiyanın artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 2022-ci ildə 25 milyon 682 min manat ikən, 2023-cü ildə 29 milyon 942 min manata yüksəlib (4 milyon 260 min manat və ya 16,6% artıb). O cümlədən, birja əməliyyatlarından gəlirlər (büdcədən dotasiya) 4 milyon 717 min manat və ya 28% artaraq 2022-ci ildəki 16 milyon 876 min manatdan 2023-cü ildə 21 milyon 595 min manat yüksəlib. Qeyri-birja əməliyyatlarından gəlirlər isə 119 min manat azalaraq 6 milyon 681 min manata düşüb.
Ötən il Mərkəzin cəmi xərcləri 2 milyon 842 min manat və ya 12,1% artaraq 26 milyon 258 min manat təşkil edib. Əgər Bakı Sağlamlıq Mərkəzi yuxarı təşkilatdan yardım almasa xərclərinin böyük hissəsini həyata keçirə bilməz.
Azərbaycanın iri tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 d. əvvəl
-
42 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
2 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
2 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
