Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da statistik məlumatların proqnozların altında dərc olunması fonunda bugün səhər saatlarında dollar major valyutalar qarşısında bir qədər ucuzlaşdı. EURUSD valyuta cütlüyü 1.0677 həddindən 1.0693 həddinə kimi, GBPUSD cütlüyü 1.2613 həddindən 1.2633 həddinə kimi bahalaşdı. USDJPY valyuta cütlüyü 160.870 həddindən 160.420 həddinə qədər ucuzlaşsa da, vacib dəstək həddi olan 160.000 səviyyəsinin üzərində qalmaqda davam edir.
Çərşənbə günü ABŞ-da Tikinti üzrə İcazələrin Sayı göstəricisi dərc olundu. Analitiklər icazələrin 1.440 milyon səviyyəsindən 1.386 milyon səviyyəsinə qədər enəcəyini proqnoz etsələr də, göstərici 1.399 səviyyəsində açıqlanıb. Həmçinin Yeni Mənzil Satışlarının Həcmi aprel ayı ilə müqayisədə 11.3% azalaraq 698 mindən 619 minə qədər enib.
Qızıl qiymətləri eniş tendensiyasını davam etdirir. Dünən gün ərzində dəyərli metal 2320$ səviyyəsindən 2294$ səviyyəsinə qədər ucuzlaşdı, lakin sonra bir qədər bahalaşaraq 2300$ həddinə yüksəldi.
“Brent” markalı neftin bir barrel üçün dəyəri 85.20$, “WTI” markalı neftin isə bir barrel üçün dəyəri 81.20$ təşkil edir.
Bugün dərc olunacaq bir sıra göstərici, xüsusilə də Amerikada açıqlanacaq ÜDM hesabatı investorların diqqət mərkəzində olacaq. Analitiklərin fikrincə, birinci rübdə ABŞ-ın ÜDM-i, üçüncü, yekun hesablamaya görə, illik ifadədə 1.4% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). ABŞ-ın Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu müvafiq məlumatları Bakı vaxtı ilə saat 16:30-da dərc edəcək.
Eyni zamanda, ABŞ-ın Əmək Departamenti iyunun 22-də bitən həftə üçün ölkədə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ilə bağlı məlumatları açıqlayacaq. Ekspertlər öncəki həftə ilə müqayisədə müraciətlərin sayının 238 mindən 236 minə qədər azaldığını proqnozlaşdırırlar.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)













.jpg)




