Azərbaycan banklarının 5 aylıq xalis mənfəəti açıqlandı
Bank sektorunda xalis mənfəətin artım sürəti aşağı düşüb.2024-cü ilin yanvar – may ayları ərzində (ilk 5 ayda) banklar tərəfindən 519,7 milyon manat xalis mənfəət, 732,6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18,9% və 13,7% artmışdır.
Bu barədə Marja.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir.
Cari ilin 5 ayında banklar tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə etmişdi.
2023-cü ilin yanvar-may aylarında banklar 437,1 milyon manat xalis mənfəət, 644.1 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 32% və 28% artmışdı. 2023-cü ilin 5 ayında banklar tərəfindən 106.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















