Lizinq şirkətinə maya qoyulur
Lizinq bazarında fəaliyyət göstərən "Level Leasing" ASC nizamnamə kapitalını 50 min manat artırır.
Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 0,50 manat olan 100 min ədəd adi, adlı, sənədsiz səhm buraxıb. Yerləşdirmə uğurla yekunlaşarsa "Level Leasing" ASC-nin nizamnamə kapitalı 1 milyon manatdan 1 milyon 50 min manata yüksələcəkdir.
Səhmlərin yerləşdirilməsindən əldə olunacaq gəlir dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Cəlb ediləcək xalis məbləğ 47 min 340 manat olacaqdır.
2021-ci və 2022-ci illərdə fəaliyyəti olmayan "Level Leasing" ASC 2023-cü ili 422 min manat xalis mənfəət ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkət 8 milyon 757 min manat cəmi aktivlərə, 7 milyon 334 min manat cəmi öhdəliklərə və 1 milyon 422 min manat cəmi kapitala malik olub.
2023-cü ildə "Level Leasing" ASC tərəfindən avtomobil lizinqi üzrə 9 milyon 511 min manat dəyərində 210 sayda, daşınmaz əmlak lizinqi üzrə 130 min manat dəyərində 1 sayda xidmət göstərilib. Şirkət satışdan 1 milyon 265 min manat gəlir götürüb.
"Level Leasing" ASC-nin səhmdarları Qarayeva Mənzər İsrail qızı (52%), Rzayeva Elmira Xəlil qızı (19%), Quliyeva Solmaz Hüseyn qızı (19%) və Məmmədova Rəqsanə Abdulla qızıdır (10%). Şirkətin Müşahidə Şurasının üzvü olan Mənzər Qarayeva Elm və Təhsil Nazirliyinə tabe olan İqtisadiyyat İnstitutunun kiçik elmi işçisidir. Digər 3 səhmdar işləmirlər.
"Level Leasing" ASC-nin Müşahidə Şurasının sədri Quliyev Kamran Vaqif oğlu, İdarə Heyətinin sədri isə Xıdırlı Fəhmin İlqar oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
"İrşad"ın Yaşıl cümə kampaniyası real endirimlər təklif edir - 3 gün 70%-dək endirim olacaq!
- 19 saat əvvəl
-
20 saat əvvəl
Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
-
21 saat əvvəl
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTOLAR
-
1 gün əvvəl
Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB