Maliyyə Nazirliyi 70 milyon manat cəlb edir
Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir 04.07.2024139 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 70 milyon manatlıq Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli, dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201070163
Buraxılış həcmi : 70 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri: 2025-ci il 07 yanvar, 2025-ci il 08 iyul, 2026-cı il 06 yanvar, 2026-cı il 07 iyul, 2027-ci il 05 yanvar, 2027-ci il 06 iyul
Faiz dərəcəsi (olduqda): 7.5 %
Ödəmə tarixi: 06.07.2027
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
-
2 saat əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Ən çox oxunanlar
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur























