Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
(®) Müştərilərinə daha yaxın və əlçatan olmaq, eləcə də daha keyfiyyətli xidmət göstərmək üçün Rabitəbank filiallarını yeni konsepsiyaya uyğunlaşdırmağa davam edir. Bank müştərilərinin rahatlığı üçün yeni konseptdə və ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş Lənkəran filialınının açılışını etdi. Filial Lənkəran rayonu, Müzəffər Nəsirli 11A ünvanında yerləşir.
Qeyd edək ki, yenilənmiş Lənkəran filialında fiziki və hüquqi şəxslərə, həmçinin sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək. Müştərilər bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça biləcəklər. Filialda hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif ediləcək. Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlana biləcəklər.
“Rabitəbank olaraq müştərilərimizin rahatlığı və onlara ən yüksək səviyyədə xidmət göstərmək bizim əsas prioritetlərimizdən biridir. Bu məqsədlə, Lənkəran filialını ən müasir bankçılıq texnologiyaları ilə təchiz etmiş və yeni konseptə uyğunlaşdırmışıq. Biz fiziki, hüquqi şəxslər və sahibkarlar daxil olmaqla, bütün müştərilərimiz üçün rahat və səmərəli mühit yaratmağı hədəfləyirik. Yenilənmiş filialımızda müştərilərimiz fərdi yanaşma ilə rahat ofis şəraitində müxtəlif bank xidmətlərindən istifadə edə biləcəklər,” - deyə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib.
Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi sərfəli nağd pul kreditini bankın istənilən filialından, "Rabita Mobile" tətbiqindən və bankın saytından almaq mümkündür. Onlayn kredit sifarişi üçün: https://rbt.az/KREDIT-AL
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























