Kapital Bank 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir
(®) Ölkənin birinci bankı Kapital Bank-ın Birbank mobil tətbiqi "Markswebb" konsaltinq və araşdırma şirkətinin “2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülüb.
Araşdırmanın nəticələrinə görə, Birbank mobil tətbiqi geniş funksionallıq, ödəniş xidmətləri və innovativ yanaşmalar kimi müxtəlif kateqoriyalarda ölkə üzrə ilk sırada qərarlaşıb. Xüsusilə Kapital Bank-ın son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyi və yalnız Azərbaycanın bank sektorunda deyil, həm də Özbəkistan və Qazaxıstandakı banklarla rəqabətdə öndə olduğu da araşdırmada öz əksini tapıb.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sosial media hesablarında mövzuya münasibətini bildirib: “Böyük qürur hissi ilə bu xəbəri sizinlə bölüşürəm. Bankımız “Markswebb” konsaltinq və araşdırma şirkətinin “Mobile Banking Rank Азербайджан 2024” siyahısında 1-ci yerə layiq görüldü. Bu nailiyyət bankımızın müasir rəqəmsal xidmətlərdə lider mövqeyini bir daha təsdiqləyir və müştərilərimizə ən yüksək, keyfiyyətli mobil bankçılıq təcrübəsini təqdim etdiyimizi göstərir”.
Xatırladaq ki, Rusiya və MDB ölkələrində fəaliyyət göstərən “Markswebb” konsaltinq və araşdırma şirkəti maliyyə və bank sektorlarında məhsulların, eləcə də xidmətlərin istifadəçi təcrübəsini və effektivliyini analiz edir. Şirkət, maliyyə sektorunda, xüsusilə bankçılıq sahəsində rəqəmsal xidmətlərin inkişafını və optimallaşdırılmasını təmin etmək üçün dərin araşdırmalar aparır, qiymətləndirmələr həyata keçirir və strateji təkliflər verir.
Ətraflı məlumat üçün: https://kbl.az/mrkswb
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























