Moody’s Ratings beynəlxalq agentliyi Xalq Bankın reytinqini yüksəltdi
Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib.
Xalq Bankın yaydığı məlumatda bildirilir ki, Moody’s Ratings Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.
Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini ehtiyatdan öncə sağlam gəlir yarada bilmə qabiliyyəti, 2023-cü ilin sonuna 16.1%-lik TCE/RWA göstəricisi ilə güclü kapital mövqeyini təmin etməsi, sabit depozit portfeli və aşağı bazar asılılığı ilə formalaşmış güclü maliyyələşmə profili, həmçinin yuxarı likvidlik buferi (2023-cü ilin sonunda aktivlərin 24%-i) ilə əlaqələndirir.
Hesabatda yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə Ba3 göstəricisi Bankın kredit və depozit üzrə iri bazar payına malik olması ilə əsaslandırılır.
Agentlik hesabatda Xalq Bankın uzunmüddətli depozit reytinqləri üzrə növbəti 12-18 ay ərzində sağlam əsaslarını qoruyub saxlayacağı istiqamətində müsbət gözləntilərini əks etdirir.
Qeyd edilib ki, bu il 20 illiyini qeyd edən ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını davam etdirir. 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























