ABB səhmlərinə böyük maraq: 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib - MÜSAHİBƏ
ABB-nin yeni buraxılmış səhmlərinə abunə yazılışı davam edir. Artıq 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib. Müsahibimiz ABB-nin yeni səhm emissiyasının anderrayteri olan “ABB İnvest” Şirkətinin direktoru Nadir Babazadədir.
-ABB-nin yeni səhmlərinə belə yüksək maraq nədən irəli gəlir?
-ABB-nin səhmləri kifayət qədər sərfəli investisiya alətidir. Bir tərəfdən, bu səhmlər yüksək dividend gəliri qazandırır, digər tərəfdən səhmlərin özünün də qiymətinin yaxın gələcəkdə artım potensialı böyükdür. ABB səhmdarlarına dividend ödənişi son illər ərzində bir neçə dəfə artaraq bir səhm üzrə 0.041 manata çatıb. Bu da səhmin nominal dəyərinin 15.1%-ni təşkil edir. Bunu da müşahidə edən və dəyərləndirən investorların sayı az deyil.
-ABB səhmlərini kimlər və necə əldə edə bilər?
- İstənilən fiziki və hüquqi şəxs ABB səhmlərini əldə edə bilər. Bir önəmli məlumatı bölüşüm. Bu günlərdə mediada elan edildiyi kimi, səhmlərə abunə yazılışı prosesinə artıq ölkəmizdəki digər banklar da qoşulub.
Beləliklə, ABB səhmlərini ABB mobile tətbiqi, ABB-nin və digər bankların filialları, ölkəmizdə fəaliyyət göstərən bütün investisiya şirkətləri vasitəsilə sifariş vermək olar.
- İnvestorlar səhmləri hansı qiymətlə ala bilərlər?
- Hələlik, yalnız səhmlərin ilkin təklif qiymətindən danışa bilərik. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır. Əgər abunə yazılışı dövründə toplanılan sifarişlərin həcmi əlavə buraxılan səhmlərin sayından, yəni 322 000 000 ədəd səhmdən çox olsa, o zaman daha yuxarı qiymətlə verilmiş sifarişlər ilk növbədə təmin ediləcək.
- Sifarişlər nə vaxtdan yerləşdiriləcək?
- Abunə yazılışı sentyabrın 10-da bitir. Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Bu arada onu da qeyd edim ki, qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür
- Yerləşdirmə hansı qaydada icra ediləcək?
- Abunə yazılışının müddətinin sonunda ABB-nin üstünlük hüququndan istifadə etmək niyyəti bildirmiş səhmdarlarının sifarişləri xaric, bütün sifarişlər qiymətə görə sıralanmaqla icra olunacaq. Əgər toplanan sifarişlər üzrə alınan səhmlərin sayı təklif edilən səhmlərin sayından, yəni 322 000 000 ədəddən çox olsa, daha yüksək qiymətlə verilmiş sifarişlər ilk növbədə icra ediləcək. Eyni qiymətlə verilmiş sifarişlər isə sifariş üzrə alınan səhmlərin sayına görə mütənasib qaydada icra ediləcək.
- Sifarişi icra edilməyən investorların ödədikləri vəsaitlərin taleyi necə olacaq?
- Sifariş icra edilmədikdə, sifariş üzrə ödənilmiş məbləğ investorun bank hesabına geri qaytarılacaq. Bir mühüm məlumatı da diqqətə çatdırmaq istərdim. Nəzərə alaraq ki, səhmlərin dəyərini əvvəlcədən ödəyən investorların vəsaitləri 10 sentyabr tarixinə qədər ABB-də qalacaq, onların bu vəsaitlərindən də qazanmaları üçün ABB daha bir sərfəli fürsət yaradıb. Onlar 10 sentyabr tarixinə qədər ABB-də qalan vəsaitlərinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Üstəlik, bu faiz gəliri investorlara əvvəlcədən ödənilir. Yerləşdirmənin nəticəsinə əsasən, səhm sifarişi icra olunanlara da, ABB səhmlərini əldə edə bilməyib vəsaiti geri qaytarılanlara da bu faiz gəliri ödənir.
- Abunə yazılışı və yerləşdirmə bitdikdən sonra ABB səhmlərini satmaq mümkündür?
- Bəli. Yerləşdirmə müddəti bitdikdən sonra əldə edilmiş səhmlər “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-yə və ya digər investisiya şirkətlərinə sifariş verilməklə satış həyata keçirilə bilər. Yaxın gələcəkdə səhmlərin ABB mobile vasitəsilə elektron formada satışı da mümkün olacaq.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
7 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
8 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 9 saat əvvəl
-
9 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
9 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
9 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti



















