"ATL Tech" şirkəti zərərdən mənfəətə keçib
Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan satışı fəaliyyətləri ilə məşğul olan "ATL Tech" MMC şirkəti 2023-cü ili 367 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 282 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "ATL Tech" zərərdən mənfəətə keçib.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "ATL Tech" MMC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2022-ci ildə 2 milyon 599 min manat ikən, 2023-ci ilidə 1 milyon 148 min manat təşkil edib. Beləliklə, ötən il şirkətin satışdan gəlirləri 1 milyon 451 min min manat və ya 55,8% azalıb.
Ötən il satışın maya dəyəri isə 1 milyon 751 min manat azalaraq 638 min manata düşüb (2022-c ildə 2 milyon 388 min manat). Satışın maya dəyərindəki azalma gəlirdəki azalmadan yüksək olduğuna görə, Şirkətin ümumi mənfəəti 2022-ci ildəki 211 min manata qarşı, ötən il 511 min manat təşkil edib. 2023-cü ildə "ATL Tech"in ümumi və inzibati xərcləri də 3,7 dəfə azalaraq 78 min manata düşüb (2022-ci ildə 292 min manat). Beləliklə, xərclərin azalması gəlirlərin azalmasından daha yüksək məbləğdə olduğu üçün "ATL Tech" ötən ili xalis mənfəət ilə başa vurub.
"ATL Tech" MMC-nin payçıları Şərifov Elçin Mərdan oğlu (90%) və Hacıyev Vurğun Şahbəndər oğludur (10%).
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 4 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı














.jpg)








