“FINCA Azerbaijan” BOKT yeni istiqrazlarını təqdim etdi
(®) 11 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" BOKT MM-nin istiqrazlarının ticarətə başlaması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.
Ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri Bakı Fond Birjasının üzvü olan “Unicapital İ.Ş.” ASC-dir.
İstiqrazların illik faiz dərəcəsi 9%, illik ticarət qiyməti 1000 ABŞ dollar və tədavül müddəti 18 ay təyin edilmişdir.
Tədbir zamanı emitent tərəfindən "FINCA Azerbaijan", Bakı Fond Birjası və BFB-nin üzvü olan Unicapital İnvestisiya Şirkətinin nümayəndələri iştirak etmişdir. Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov tədbiri açıq elan edərək, "FINCA Azerbaijan" şirkətinin BFB vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasındakı əhəmiyyətini vurğulamışdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınmış və Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılmışdır.
Qeyd edək ki, “FINCA Azerbaijan” 1999-cu ildən Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərərək ölkədə kənd sahibkarlarının və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirməklə mikromaliyyə və maliyyə inklüzivliyi sahəsində aparıcı təşkilatdır. Azərbaycanda 25 filial şəbəkəsi ilə fəaliyyət göstərən “FINCA Azerbaijan” “FINCA Impact Finance” Şəbəkəsinin bir qoludur. “FINCA Impact Finance” aztəminatlı şəxslərə və cəmiyyətlərə sosial məsuliyyətli maliyyə xidmətləri təklif edən və cəmiyyətin gələcəyinə investisiya qoyan 20 mikromaliyyə qurumu və banklardan ibarət olan şəbəkəni əhatə edir. Şəbəkənin əsas iştirakçısı aztəminatlılara iqtisadi inkişaf yaratmaqda dəstək olmağı hədəf qoymuş mikromaliyyə və qeyri-kommersiya qurumu “FINCA International”dır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir













.jpg)








