"AccessBank"ın xalis mənfəəti kəskin artıb
"AccessBank" QSC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 27 milyon 197 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 19 milyon 469 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyon 728 min manat və ya 39,7% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 17 milyon 740 min manat və ya 18% artaraq 116 milyon 393 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 263 min manat və ya 12,5 % artaraq 83 milyon 498 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 8 milyon 477 min manat artaraq 32 milyon 895 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 24 milyon 418 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 3 milyon 122 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə "AccessBank" əməliyyat mənfəətindən 4 milyon 949 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "AccessBank" ın cəmi aktivləri 86 milyon 379 min manat və ya 6,2% artaraq 1 milyard 478 milyon 666 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 67 milyon 194 min manat və ya 6,6 % artaraq 1 milyard 80 milyon 959 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 3 milyon 515 min manat artaraq 231 milyon 52 min manata, biznes kreditləri portfeli 61 milyon 515 min manat artaraq 841 milyon 560 min manata, ipoteka kreditləri portfeli 2 milyon 164 min manat artaraq 8 milyon 347 min manata qalxıb.
BANKDA DEPOZİTLƏR 1 MİLYARD MANATDAN ÇOXDUR
2024-cü ilin ilk 6 ayı ərzində "AccessBank"da cəmi depozitlər 21 milyon 850 min manat və ya 2% azalaraq 1 milyard 29 milyon 725 min manata düşüb. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 9 milyon 569 min manat azalaraq 832 milyon 897 min manata, hüquqi şəxslərin depozitləri isə 12 milyon 281 min manat azalaraq 196 milyon 828 min manata düşüb.
30 İyun 2024-cü il tarixində "AccessBank" 167 milyon 352 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















