Bank “BTB” 2024-cü ilin ilk yarısını müsbət nəticələr ilə başa vurub, əməliyyat mənfəəti 2,6 dəfə artıb
Bank “BTB” 2024-cü ilin ilk 6 ayı ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2023-cü ilin ilk yarımili ilə müqayisədə bankın xalis faiz gəlirləri 12% artaraq 2024-cü ilin ilk yarımilinin sonuna 6 milyon manata, qeyri-faiz gəlirləri isə 17.2% artaraq 2.6 milyon manata yüksəlmişdir. Bankın xalis əməliyyat mənfəəti 2.6 dəfə artaraq 2.3 milyon manata çatmış, xalis mənfəəti isə 3 milyon manat təşkil etmişdir*.
Qeyd edilib ki, Bank BTB-nin kredit portfeli son 12 ay ərzində 4% artaraq 285 milyon manata çatmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank BTB 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 81 müştəriyə 7.5 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 41 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2024-cü ilin 2-ci rübünün sonuna Bankın məcmu kapitalı 52.1 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21.9% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində Bank “BTB” nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırmışdır.
Bankın ani likvidlik əmsalı isə 94% təşkil edir (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
*Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc nəzərə alınmadan.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























