Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 5,6 milyard dollar artırıb
Bunun 83,2 %-i və yaxud 58 milyard 000,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,8 %-i və yaxud 11 milyard 737,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 711 milyon ABŞ dolları və yaxud 1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 627,8 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 83,2 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 milyard 627,2 milyon ABŞ dolları və yaxud 8,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 85,5 milyon ABŞ dolları və yaxud 5,6 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 541,7 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
01.01.2024 | 56 069,7 | 11 613.0 | 67 682,7 |
01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |
01.07.2023 | 54 915,1 | 9 195,9 | 64 111,0 |
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
40 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
45 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
4 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























