ABŞ-ın 7 ən böyük İT şirkəti bir gündə 770 milyard dollar kapitallaşma itirib
Nasdaq İndeksi 2022-ci ilin oktyabrından bəri ən böyük nisbətdə geriləyib.Çərşənbə günü ABŞ fond bazarı mənfidə bağlanıb, S&P 500 və Nasdaq indeksləri 2022-ci ildən bəri ən böyük nisbətdə düşüb və yeddi ən böyük İT nəhəngi gün ərzində kapitallaşmasını 770 milyard dollar itirib.
Marja xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
S&P 500 indeksində 2,3% azalma 2022-ci ilin dekabrından bəri ən böyük eniş olub. Nasdaq-ın 3.6% azalması 2022-ci ilin oktyabrından bəri ən pis göstəricisi olub. Dow Jones Industrial Average isə 1,3% itki ilə üzləşib.
Bundan əlavə, çərşənbə günü Tesla (12%), Alphabet (5%) və Visa (4%) şirkətlərinin səhmlərində ucuzlaşma qeydə alınıb. Amazon, Apple, Meta, Microsoft və Nvidia şirkətlərinin də səhmləri sürətlə ucuzlaşıb. Forbes-in məlumatına görə, ABŞ-ın yeddi ən böyük İT şirkətinin (Visa istisna olmaqla yuxarıda sadalananların hamısı) bazar dəyəri ümumilikdə 770 milyard dollar azalıb.
Həmçinin oxu
Azərbaycanda işçilər üçün ilk Fintech kartıNikkei ABŞ indekslərindəki eniş fonunda 2,83% geriləyib
Asiyanın ən böyük Tokio Fond Birjasının (TSE) kotirovkaları çərşənbə günü ABŞ-da qeydə alınan birja göstəricilərinin kəskin azalması fonunda təxminən 3% düşüb.
Səhər sessiyasının sonunda Yaponiyanın 225 aparıcı şirkətinin səhm qiymətlərindəki dalğalanmaları əks etdirən əsas Nikkei indeksi 2,83% azalaraq 38 048,69 bənd təşkil edib. Səhər saatlarında Nikkei bir anda 3%-dən çox düşüb və psixoloji cəhətdən vacib olan 38 000.00 bənd həddinin altına geriləyib.
Yerli analitiklərin fikrincə, Tokiodakı enişin əsas amili çərşənbə günü əsas indekslərin 2022-ci ildən bəri ən pis səviyyələrə düşdüyü ABŞ-dakı eniş olub. Yenin dollara nisbətdə möhkəmlənməsi də TSE-də kotirovkaların düşməsinə səbəb olub. Valyuta ticarətinin açılmasından sonra məzənnə 1,09% möhkəmlənərək 1 dollar üçün 152,89-152,91 yen olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
5 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























