Azərbaycan Mərkəzi Bankı gələn il xam neftin ucuzlaşacağını, qazın isə bahalaşacağını nəzərdə tutur
Azərbaycan Mərkəzi Bankı xam neftin və təbii qazın qiymətləri barədə proqnozlarını açıqlayıb.
Marja-nın məlumatına görə, Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında sədr Taleh Kazımov bildirib ki, 2024-cü ildə xam neftin orta qiymətinin 84,9 ABŞ dolları, 1000 kub metr təbii qazın orta qiymətinin isə 296,1 ABŞ doları olacağı proqnozlaşdırılır. 2025-ci il üçün proqnozlar müvafiq olaraq 83,8 və 332,5 ABŞ dollarıdır.
GƏLƏN İL PROFİSİTİN 1 MİLYARD DOLLAR AZ OLACAĞINI GÖZLƏYİR
Mərkəzi Bankın baza ssenarisinə görə, cari əməliyyat balansının profisitinin 2024-cü ilin sonunda 7 milyard ABŞ dolları ətrafında, 2025-ci ildə isə 6 milyard ABŞ dolları ətrafında olacağı nəzərdə tutulur. 2024-cü ilin 1-ci rübündə cari əməliyyat balansının profisiti 1,7 milyard ABŞ dolları təşkil edib.
Taleh Kazımov əlavə edib ki, Mərkəzi Bankın iyun ayında yenilənmiş proqnozlarına əsasən, 2024-cü ildə ümumi daxili məhsulun 3,5%-4% civarında, qeyri-neft ümumi daxili məhsulunun isə 5,5%-6% artacağı gözlənilir. 2025-ci ildə isə ümumi daxili məhsulunn 2% - 2,5% intervalında, qeyri-neft ümumi daxili məhsulunun 4%-5% aralığında artacağı proqnozlaşdırılır. 2024-cü il üzrə proqnozlar Aprel ayı proqnozları ilə eynidir, 2025-ci il üzrə proqnozlar isə azaldılıb. Buna səbəb ev təsərrüfatlarının və dövlət sektorunun xərclərinin artım tempinin azalacağı barədə proqnozdur.
Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
























