364 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ, ŞƏRTLƏR
6 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0101060090
Emissiya həcmi: 50 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 364 gün
Ödəmə tarixi: 05.08.2025
Anderrayter: PAŞA Kapital İŞ QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 d. əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
-
9 d. əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 10 d. əvvəl
- 31 d. əvvəl
-
36 d. əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
-
1 saat əvvəl
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
-
2 saat əvvəl
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Ən çox oxunanlar
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















