Gürcüstan 6 ayda turizmdən rekord gəlir əldə edib
1,9 milyard dollar!Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında rekord həddə – 1,9 milyard dollar təşkil edib.
Bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
Bildirilib ki, ən böyük artım Aİ ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri hesabına olub: onların payı 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Gürcüstan Milli Bankına görə, ölkələr üzrə gəlirlər aşağıdakı kimidir: Rusiya – 380,1 dollar; Türkiyə – 287 milyon dollar; Aİ ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar; İsrail – 175,4 milyon dollar; Azərbaycan – 78,5 milyon dollar; Ukrayna – 69 milyon dollar; İran – 64,2 milyon dollar; Ermənistan – 64,1 milyon dollar; Belarus – 39 milyon dollar; Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar; digər ölkələr – 462 milyon dollar.
Statistikaya görə, 2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan çox səfər edib (illik artım 5,6 %) və bunların ən çoxu ilin birinci yarısında qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan qeydə alınıb.
© “Report”
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
27 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























