Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

® Xalqın layiqli təmsilçisi

Akademik Ziyad Səmədzadə­ bu gün də mü­­asir duyum və daha böyük həvəs, enerji ilə müs­tə­qil­ Azərbaycanımızın iqtisadi inkişafında mühüm əhə­miy­yət­ kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı töv­­­­siyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fə­aliy­yət­ gös­tərir, iqtisadi qanunvericiliyin daha da tək­mil­ləş­di­ril­­mə­si üçün əzmlə çalışır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
® Xalqın layiqli təmsilçisi
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Hər bir millət öz mədəniyyəti, elmi, alimi, ziyalısı, mil­­­­­­li-mənəvi dəyərləri ilə tanınır. Uzun illər iqtisadiyyat sa­­­­­­həsində sanballı araşdırmalar aparan, yüksək səviyyəsi, özü­­­­­nəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüd­rə­­­­­­ti ilə elmin ən uca mərtəbələrini fəth edən, ictimai xa­dim, görkəmli alim Ziyad Əliabbas oğlu Səmədzadə məhz be­­­­­lə ziyalılardandır. Alimin uzun illər elmi-ictimai hə­yat­da­­­­­­kı fəallığı onu həmişə ucaltmış, çoxlarının sevimlisinə çe­­­­­v­irmişdir. 

Görkəmli alim çoxsaylı elmi əsərlərinə əbədi ömür bə­xş et­miş, cəmiyyətdə böyük nüfuz qazanmışdır. Elmi təd­­­­­­qi­qat­larını əsl alim təəssübkeşliyi ilə aparan Ziyad Sə­məd­­­­­­za­də­ öz yaradıcılığına tamamilə yeni rakursdan ya­na­şa­­­­raq iq­tisad elmində yeni səhifə açmışdır.

Reklam_2_11

Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı il iyunun 25-də Bakının Buzovna kəndində anadan olmuşdur. 1961-ci il­də Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərq­lən­­­­­mə diplomu ilə bitirib təyinatla Azərbaycan EA-nın İq­ti­­­­s­a­­diyyat İnstitutuna göndərilmişdir. Gənc elmi kadrlara qay­­­­­­ğıkeş münasibətin hökm sürdüyü bu səmimi kol­lek­­­­­tivdə res­pub­likanın xalq təsərrüfatının ən ümdə iqtisadi prob­­­­lemlərinin tədqiqi ilə bağlı intensiv elmi axtarışlar apa­­­­rı­lırdı.

1962-1964-cü illərdə Ziyad Səmədzadə SSRİ Elmlər Aka­demiyası İqtisadiyyat İnstitutunun as­pi­ran­tu­ra­sın­­da təh­sil al­mışdır. Buradakı yaradıcı elmi mühit, nü­fuz­lu­ iqtisadçı alim­­lərlə şəxsi tanışlıq onun tədqiqatçı kimi for­­malaş­ma­sı­na müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin in­sti­tutda namizədlik dissertasiyasını müdafiə et­­miş, Azər­bay­can EA-nın İqtisadiyyat İnstitutunda elmi iş­­­çi, böyük el­mi işçi, elmi katib, daha sonra “Xalq tə­sə­r­rü­fa­­tının in­ki­şaf sürəti və proporsiyaları” şöbəsinin müdiri və­­zifələ­rində ça­lışmışdır. 1971-ci ildə Ziyad Səmədzadə 31 ya­şında iq­ti­sad elmləri üzrə doktorluq dissertasiyası mü­­dafiə etmişdir. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Ko­mitəsi El­mi-Tədqiqat İqtisadiyyat İnstitutunun di­rek­­torunun birinci mü­avini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azər­baycan Xalq Təsərrüfatı İn­sti­tu­­tu­nun el­­mi işlər üzrə pro­rektoru, 1983-cü ilin yanvarında Hey­­dər Əliyevin töv­si­yəsi ilə Azərbaycan Mərkəzi Ko­mi­tə­­sin­də İqtisadiyyat şö­bəsinin müdiri vəzifəsinə təyin edil­miş­ və 1991-ci ilə­dək bu vəzifədə çalışmışdır.

1980-ci ildə Ziyad Səmədzadə Azərbaycan EA-nın müx­­­bir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin doktorluq dissertasiyası “Əmək məh­­­sul­darlığı və əhalinin məşğulluq strukturu prob­lem­lə­ri­” möv­­zusuna həsr edilmişdir. Bu tədqiqat keçmiş so­vet­lər­ it­ti­faqında qeyd edilən problemlərin kompleks halda araş­­­dı­rıl­dığı ilk sanballı iş kimi qiymətləndirilmişdir. Z.Sə­­mə­d­za­də ötən əsrin 70-ci illərində ilk dəfə olaraq res­pub­li­ka­ sə­nayesini səciyyələndirən materiallar əsasında iste­h­sa­­lın səmərəlilik göstəricilərini xalis məhsula görə he­sab­la­mış, iqtisadi artım, struktur problemlərinə dair kon­k­ret el­mi nəticələr əldə etmişdir.

Alim hələ qırx il bundan əvvəl qeyri-istehsal sa­hə­si­­nin üstün sürətlə inkişaf etməsini və onun strukturunun  ya­x­­­­şılaşdırılmasını qanunauyğun hal və respublikanın tə­rəq­­­­qisi üçün əsas amillərdən hesab edirdi. Bütövlükdə Azər­­­­­baycanın xalq təsərrüfatında əmək məhsuldarlığının di­­­­namika və səviyyəsi, onun əsas amillərinin sistemli araş­dı­­­­­rılması, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əla­­­­­qəsinin təhlili. iqtisadi tərəqqi amilləri barədə dolğun el­mi­ konsepsiyanın formalaşması məsələləri də Ziyad Sə­məd­­­­­zadənin fəaliyyəti ilə bağlıdır.

Ali­min elmi rəhbərliyi və bilavasitə iştirakı ilə ke­çən əs­­rin 80-ci illərində “Demoqrafik inkişaf və əmək eh­ti­­yat­­­la­­­rın­dan­ istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi in­ki­­şa­­fı”, “Ma­­terial tutumu”, “Enerji tutumu” adlı məqsədli proq­­­­­ram­lar hazırlanmışdır. Bu proqramlar özünün kon­kret­ li­­­yi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məq­­­­­sədlərə nailolma mexanizminin mövcudluğu ilə fərq­lə­­nir­­­­di ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sis­te­min­­­­də mühüm nailiyyət hesab edilirdi.

Ziyad Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində re­­­gi­onların, o cümlədən Bakının sosial-iqtisadi inkişafının mü­­­­hüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araş­dır­­­ma­­­lar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edil­­miş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə or­­qan­­­­larına təqdim olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonlarında bizə kənardan zor­­­­­­la qəbul edilmiş Qarabağ probleminin ilk günlərindən aka­­­­­­­demik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qə­­­­­­dim diyarının “sosial-iqtisadi geriliyi haqqında” irad­la­rı­nın təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən sax­ta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı ol­­ması, onlara qarşı sosial mədəni baxımdan ayrı-seçkilik edil­­­­­məsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edil­­­­­mişdir. Akademikin həmin dövrdə hazırladığı təd­qi­qat­la­­­­­rın əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qa­ra­bağ­: naməlum həqiqətlər”, “Нагорный Карабах: неиз­вестная правда” adlı kitablarında öz əksini tapmışdı. Z.Sə­məd­­­­zadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müs­tə­­­­­qilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Aka­­de­­­­mik həmkarları ilə birlikdə bütövlükdə SSRİ və di­gər­ mü­t­­­təfiq respublikalar üzrə külli miqdarda müqayisəli ma­­te­­­riallar əsasında mürəkkəb elmi hesablamalar apararaq mər­­­­­kəzləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qü­sur­la­­­­­rı üzə çıxartdı və sübut etdi ki, respublikanın ərazisində ya­­­­­radılmış milli gəlirdən istifadə etmək hüquqları yol­ve­ril­məz­ dərəcədə məhduddur. Bu, Azərbaycanın iqtisadi müs­tə­­­­­qilliyi haqqında qanun layihəsi üçün əsas götürüldü. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iq­ti­sa­­­­­di müstəqilliyi problemlərinə həsr olunmuş respublika miq­­­­­yaslı elmi-praktik konfrans keçirildi.

Respublikanın el­mi qüvvələrini “Azərbaycan XXI əs­rin astanasında” prob­le­­mi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əha­təli el­mi təşkilatçılıq fəaliyyəti xüsusi qe­yd edilməlidir. Bu de­viz altında 1997-1998-ci illərdə ke­çi­­rilmiş iki bey­nəl­xalq el­­mi-praktik konfransın rəhbəri ol­muş akademik hə­min təd­bi­­rin yaradıcı qrupu ilə birlikdə mü­­asir və­ziy­yət­dən­ və bə­şə­­riyyətin inkişaf perspektiv­lə­rin­dən çıxış edərək XXI əs­rin ən mühüm problemlərini mü­­əyyənləşdirməyə səy gös­tər­­mişdir. Akademikin elmi re­­daktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcild­li­yi nəşr edil­miş­dir. Ziyad Sə­­məd­zadənin yaradıcılığında şah əsər kimi qiy­mət­lən­di­ri­lən və 2004-cü ildə işıq üzü gö­rən ulu öndər Hey­dər Əli­ye­vin əziz xatirəsinə həsr olun­muş “Böyük yo­lun­ mər­hə­lə­lə­ri” ad­lı iri həcmli monoqra­fi­ya (rus dilində) öz elmi tu­tu­mu, mən­tiqi və şərhi üslu­buna gö­­rə fərqlənir. Bu­rada Azər­bayc­an iqtisadiyyatının inkişaf mər­­hələləri, spe­sifik cə­hət­lə­ri, ümumi qanunauy­ğun­luqları təd­­qiq olun­maq­la onun pers­pektiv inkişafının konseptual əsas­­ları araş­dırılır.

Kitabın təqdimatı barədə respublika mətbuatında dərc edil­­miş materiallar, xüsusilə də, görkəmli iqtisadçı-alim­­­­lə­rin, mütəxəssislərin, o cümlədən SSRİ Dövlət Plan Ko­­­­mitə­si­nin keçmiş sədri N.Baybakovun, akademik L.Abal­kinin rəy­lə­ri sübut edir ki, həqiqətən, Z.Sə­məd­za­də­nin bu kitabını bir çox müd­­dəaların və nə­ti­cə­lərin mə­lu­mat­­­lığı və əsasına görə yarım əsr­­də Azər­bay­ca­nın iqtisadi in­­­kişaf problemləri üzrə əsl en­sik­lo­­pedik əsər kimi xa­rak­te­ri­­zə etmək olar.

Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asi­­­­­ya ölkələrində yüksək qiymətləndirilən “Dünya iq­ti­sa­diy­­­­­yatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dün­­­­­ya iqtisadiyyatında” (2009-cu il), “Китай в глобаль­ной мировой экономике” (2010-cu il) əsərlərini də qeyd etmək ye­­­­­rinə düşərdi. Xüsusi vurğulanmalıdır ki, aka­demik Zi­yad­ Səmədzadə Çin iqtisadi fenomenini Azər­baycanda təd­­­­­­qiq edən ilk alimlərdəndir.

Kitabda Çin modelinin hərəkətverici qüvvəsi olan iq­­­ti­­sadi islahatların atası Den Syaopin islahatlarının dərin qat­­­­­ları ətraflı şəkildə təhlil edilir. Müəllifn haqlı fikrinə gö­­­­­­rə, “Çin mö­cü­zə­si”nin mü­hüm sir­lə­rin­dən bi­ri də odur ki, öl­kə­də apa­rı­lan iq­ti­sa­di is­la­hat­lar­da ra­di­kal­lı­ğa yol ve­­ril­­­­­mə­­­­di, mül­kiy­yət for­ma­la­rı qar­şı-qar­şı­ya qo­yul­ma­dı, struk­­­tur is­la­hat­la­rı sə­na­ye­də mər­hə­lə-mər­hə­lə apa­rıl­dı. Mə­­­­­lum ol­­­duğu kimi, müasir iqtisadi proseslər diqqətlə nə­zər­­dən ke­­­çirildikdə aydın olur ki, yeni informasiya iq­ti­sa­diy­­yatı qlo­­­bal miqyasda fəaliyyət göstərir. Ona görə də Çin in­ki­şaf modelinin dünya təsərrüfatı sisteminə in­teq­ra­si­­ya təc­rü­bə­­­si çox əhəmiyyətlidir.

Akademik Z.Səmədzadənin əsərində Çində ərzaq təh­­­lü­kəsizliyinin həll edilməsi yolları, islahatların sosial yö­­­nü­­mü diqqətlə nəzərdən keçirilir. Kitabda sürətli sosial-iq­­­ti­­sadi inkişafda pul-kredit siyasətinin mühüm rolu və döv­­­lət siyasətinin prioritet istiqaməti kimi regionların ta­ra­z­lı in­­kişafı ətraflı araşdırılır.

Beləliklə, akademik Z.Səmədzadənin “Çin qlobal dün­­­­­­­ya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad el­min­­­­də bö­yük hadisədir. Unikal iqtisadi inkişaf modeli haq­qın­­­­da ya­zılan əsərin özü də nadirdir və Azərbaycanla Çin ara­­­­sın­da dostluq əlaqələrinin inkişafına öz müsbət təsirini gös­­­­tə­rir.

Məlumdur ki, müstəqil Azərbaycan dövlətinin ta­ri­xin­­­də keçid dövrü özünə məxsus yer tutur. Azərbaycan döv­­­lə­ti bu illər ərzində gələcəyimiz üçün fundamental əhə­miy­­­yət­­li işlər gördü. Prezident İlham Əliyev 2009-cu ilin no­­­ya­­br ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yu­bi­­­ley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında ke­­­­çid dövrünün başa çatdığını bəyan etdi. Bu tarixi bir bə­ya­­­nat idi.

Ölkə rəhbərinin bəyanatı iqtisad elmi qarşısında mü­­hüm vəzifələr qoydu. Bu baxımdan 2010-cu ildə aka­de­mik­ Zi­­yad Səmədzadənin baş redaktorluğu ilə “Azər­bay­can iq­ti­­sadiyyatında keçid dövrünün başa çat­ma­sı­: təhlil və nəti­cə­­­lər milli inkişaf modelinin formalaşması prob­lem­lə­­­ri” möv­zu­­­sunda respublika elmi-praktiki kon­fran­sının ma­­­te­ri­al­la­rı­nın cəmləşdiyi külliyyat çap olundu.

AMEA-nın müvafiq qərarına uyğun olaraq ke­çi­ri­lən­ kon­­fransda iqtisadçılarımız Azərbaycanın müstəqillik əl­­­də et­­dikdən sonra ölkəmizdə yeni iqtisadi sistemi ya­rat­maq­ kon­­sepsiyasının mahiyyəti, keçid dövrünün xü­su­siy­yət­­­ləri, zid­­­diyyətləri, bu dövrün uğurla başa çatdırılması, Azər­­­bay­­canın qlobal maliyyə böhranından yüksək sə­viy­yə­­­də çı­xa­­rılması və bu gündə dünyada inkişaf sürətinə gö­rə­ lider öl­­kə kimi tanınması kimi məsələləri araşdırmışlar.

Külliyyata 90-dək respublika, eləcədə xarici nü­fuz­­­lu təş­­kilatları, elm-təhsil müəssisələrini təmsil edən 400-ə ya­­xın müəllifin yazıları daxil edilmişdir. Təqdim edi­­­lən mə­­ruzə və tezislərdə iqtisadçılar Azərbaycan döv­lə­ti­­­nin, onun başçısı Prezident İlham Əliyevin apardığı si­ya­sə­­­ti birmə­­nalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüd­rə­­­tinin möh­kəmlənməsinə xidmət edən bu və ya digər fi­ki­r­­lər­­lə çı­­­xış edirlər. Görkəmli alim 45 ildən artıqdır ki, çox­­say­­lı sim­po­­zium və konqreslərdə Azərbaycanı lə­ya­qət­lə­ təm­­sil edir.

O, həm də yeni ideya və üsulların, müasir iq­­ti­sa­­di tə­fək­kürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar aka­de­mikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azər­bay­­canın xalq təsərrüfatı” jurnalının səhifələrində ar­dıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” ad­lı qə­ze­­tin tə­sis­çi­si­­dir.

Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən mü­­ha­­­­ribəsi illərində” mövzusu ilə əlaqədar apardığı təd­qi­qat­lar da diqqətəlayiqdir. Onun 2005 və 2010-cu illərdə Bö­yük Vətən müharibəsinin 60, 65 və 70-ci ildönümləri ərə­fə­sin­də nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qə­l­ə­­­bə ol­mazdı” və “Qaliblər-Azərbaycan Böyük Vətən mü­ha­­­­ribəsi illərində” adlı kitabları da maraqlı faktlarla zən­­gin­­­­dir.

Nəha­yət, qeyd etmək istərdik ki, insan bi­lik­lə­ri­nin bü­­­­tün istiqa­mətləri üzrə təfərrüatları bir araya gətirən en­sik­­­­lope­diyaların tarixi uzun olsa da, Azərbaycanda bu mü­hüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ar­dı­cıl iş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu ön­­­­dərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edi­­­­lən on cildlik “Azər­baycan Sovet Ensiklopediyası” öl­kə ta­­­­rixinə bilik və mə­lumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. Prezident İlham Əli­yev həmin ensiklope­diyanın nəşrini Azərbaycanın elmi və mə­­­­dəni həyatında tarixi hadisə kimi səciyyələndirib.

Prezident İlham Əliyevin baş redaktorluğu ilə artıq Azər­­­­baycan Milli Ensiklopediyasının ilk cildləri nəşr olu­na­­­­­raq oxucuların istifadəsinə verilib. Bu nəşrlər ölkəmizdə sa­­­­­hə ensiklopediyalarının hazırlanması işini də ak­tu­al­laş­dır­­­­­dı, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın ya­ra­dıl­­­­­masını zərurətə çevirdi.

Akademik Ziyad Səmədzadə öz çiyinlərini bu ağır yü­­­kün altına verdi, belə məsul və şərəfli missiyanı üzərinə gö­­­­tür­dü. Böyük İqtisadi Ensiklopediyanı yaratmağın zə­ru­ri­li­­­­yi iqtisad elminin cəmiyyətdə rolunun artdığı müasir dün­­­­­­yada inkişaf etmiş ölkələrin iqtisadiyyatının mahiyyət və xarakterini, inkişaf meyilləri və qanunauyğunluqlarını mü­­­­­əyyənləşdirən əsas ideya, konsepsiya, model, anlayış və kateqoriyaların öyrənilməsi və istifadəsini asan­laş­dır­maq­ istəyindən irəli gəlirdi.

Akademik Ziyad Səmədzadə iqtisadi en­sik­lo­pe­di­ya­­­nı ya­­ratmaq ideyasını irəli sürərkən artıq dünya iq­ti­sa­diy­­­ya­tı­­nın tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sis­­tem­lə­rin problemləri, dünyada baş verən qlobal iqtisadi pro­­­ses­lər, elmi-iqtisadi məktəblər və onların görkəmli nü­ma­­­yən­də­ləri haqqında kifayət qədər məlumatlar toplamış, dün­­­ya iq­ti­sad elminin nailiyyətlərini müasir gerçəkliklər fo­­­nunda hər­tə­rəf­li araşdırmış, sanballı elmi əsərlər nəşr et­dir­­­mişdi.

Beləliklə, akademik Ziyad Səmədzadənin ideya mü­­əl­­­lif­­liyi və baş redaktorluğu ilə ölkəmizdə ilk dəfə Bö­yük­ İq­­­ti­­sadi Ensiklopediyanın yaradılması kimi gərgin ya­ra­dıcı işə başlanıldı. Təqribən 10 illik gərgin zəhmət və sə­mə­rəli iş öz bəhrəsini verdi. 2012-ci ildə akademik Ziyad Sə­mə­d­za­­­­dənin rəhbərliyi ilə ilk dəfə irihəcmli, mötəbər və uni­kal el­­­­mi informasiya mənbəyi olan 5 cildlik “Böyük İq­ti­sadi En­­­­siklopediya” nəşr edildi.

Bu sanballı nəşrdən sonrakı illərdə qloballaşan dün­ya iq­­tisadiyyatında, eləcə də sürətlə dəyişən, inkişaf edən, bö­­yük uğurlar qazanan Azərbaycanda mühüm ha­di­sə­lər baş ver­­di. Bütün bunlar “Böyük İqtisadi en­sik­lo­pe­di­ya­”nın növ­­­­bəti cildlərinin hazırlanmasını da zəruri etdi. Aka­de­mik Ziyad Səmədzadə vəziyyəti düzgün qiy­mət­lən­di­rə­rək Ensik­lopediyanın yeni cildlərinin hazırlığına baş­­­ladı. Ali­­­­­min rəh­bərliyi, gərgin zəhməti və böyük iş­gü­zar­­lığı he­sa­­­­bına “Böyük İqtisadi Ensiklopediya”nın 6-cı və 7-ci cild­­­ləri də hazırlanıb çap olundu.

2010-cu ildə Prezident İlham Əliyev Azərbaycanda iq­­­­­­tisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əli­­­­abbas oğlu Səmədzadənin “Şöhrət” ordeni ilə təltif edil­­­mə­­si haqqında sərəncam imzalamışdır. Eyni zamanda 2010-cu ildə Belarus Respublikasının Prezidenti Alek­sandr Lu­­­­­kaşenko Azərbaycan-Belarus Dostluq və Əmək­daşlıq Cəmiy­­yətinin sədr müavini, akademik Ziyad Sə­məd­zadəni Fran­­­­­sisk Skorina medalı ilə təltif etmişdir.

Ömrünün yetkinlik dövrünə qədəm qoyan aka­de­mik­ bu gün də mü­­asir duyum və daha böyük həvəs, enerji ilə müs­tə­qil­ Azərbaycanımızın iqtisadi inkişafında mühüm əhə­miy­yət­ kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı töv­­­­siyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fə­aliy­yət­ gös­tərir, iqtisadi qanunvericiliyin daha da tək­mil­ləş­di­ril­­mə­si üçün əzmlə çalışır.

Ziyad Səmədzadə onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. O, yeddinci çağırış Milli Məclisə seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən öz namizədliyini irəli sürüb. Dünən Ziyad Səmədzadənin seçicilər ilə görüşü keçirilib. Bildirilib ki, Ziyad Səmədzadə növbəti dəfə seçicilərin etimadını qazanacağı halda əvvəlki illərdə olduğu kimi qəbullar və görüşlər davam etdiriləcək, onların qayğılarının, maraqlandıran məsələlərin həllinə dəstək göstəriləcək.

Hörmətli secicilər! Sizi xalqın layiqli təmsilçisinə səs verməyə dəvət edirik. 

Ziyad Əliabbas Səmədzadə alim iqtisad əmək məh­­­sul­darlıq əhali məşğulluq böyük iq­ti­sadi en­­­­siklopediya aka­de­mik
13.08.2024 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ