Ən yuxarı statik reklam-3_3

Azərbaycanda ABŞ bazarı üçün qida məhsulları istehsal olunacaq - BAKIYA SƏFƏR OLUB

ABŞ-də yerləşən bir sıra idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ABŞ bazarı üçün qida məhsulları istehsal olunacaq - BAKIYA SƏFƏR OLUB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırmaq məqsədilə ABŞ şirkətləri ilə yerli istehsalçıların görüşləri təşkil olunub.

Hazırda portalın dəstəyi ilə ABŞ bazarına Azərbaycanın aqrar sənaye məhsulları, həmçinin müxtəlif qənnadı məmulatlarının ixracı davam etdirilir.  İxrac olunan malların struktur və kateqoriyasının genişləndirilməsi məqsədilə mövcud əməkdaşlıq növbəti mərhələyə keçirilib.

Reklam_2_11

Belə ki, “Azexport” portalının dəvəti ilə ABŞ-də yerləşən bir sıra  idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib. Onlar respublika ərazisində 15-dən artıq istehsal və emal müəssisəsində olublar. Görüşlər əsasən qənnadı məhsulları (tort, ekler, vafli, peçenye), mineral su, spirtsiz içkilər, meyvə şirələri, hazır qidalar, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, ədviyyat və quru meyvə sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri ilə baş tutub. 

Qeyd edək ki, səfər çərçivəsində ölkədə xarici investisiya əsaslı, ixrac yönümlü məhsul istehsalı ilə məşğul olan müəssisənin qurulması imkanları da araşdırılıb. Növbəti mərhələdə idxalçı şirkətin ABŞ bazarı üçün öz məhsullarını Azərbaycanda istehsal etməsi nəzərdə tutulub.

 

qida məhsulları ABŞ
13.08.2024 14:16

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ