Qırmızı, sarı və yaşıl zonada olan sığorta şirkətlərinin adları açıqlandı
Mərkəzi Bank "Avqust 2023 – İyul 2024-cü il tarixləri üzrə Avto-icbari sığorta üzrə şikayət indeksi"ni dərc edib.
Marja.az İndeksə istinadən xəbər verir ki, aşağı şikayət indeksində (yaşıl zona) “Atəşgah Sığorta” ASC, "Meqa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, orta şikayət indeksində (sarı zona) “Paşa Sığorta” ASC, "AtaSığorta" ASC, yuxarı şikayət indeksində isə (qırmızı zona) "Bakı Sığorta" ASC və "Xalq Sığorta" ASC yer tutublar.
Avto-icbari sığorta üzrә şikayәt indeksi vәtәndaşların bu növ üzrә sığorta xidmәtlәrini әldә edәrkәn seçim etmәlәrinә dәstәk göstәrilmәsi mәqsәdilә hesablanılır vә yayımlanır. Şikayәt indeksinin hesablanmasında beynәlxalq sәviyyәdә istifadә olunan metodologiyaya әsaslanaraq avto-icbari sığorta növü üzrә lisenziyası aktiv olan sığorta şirkәtlәri ilә bağlı daxil olan şikayәtlәr nәzәrә alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi mәhdudlaşdırılmış vә lisenziyası lәğv olunmuş sığorta şirkәtlәri ilә bağlı şikayәtlәrin tәnzimlәnmәsi Mәrkәzi Bank tәrәfindәn әvvәlki qaydada davam etdirilir.
Şikayәt indeksinin metodologiyası: Müvafiq şikayәt indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadә olunmuşdur:
Şikayәt indeksi = Şikayәtlәr üzrә bazar payı/ Bağlanan müqavilәlәr üzrә bazar payı
Şikayətlər üzrə bazar payı – müvafiq sığortaçı üzrә şikayәtlәrin ümumi şikayәtlәrә nisbәti,
Bağlanan müqavilələr üzrə bazar payı – müvafiq sığortaçı üzrә bağlanan müqavilәlәrin sayının ümumi müqavilәlәrin sayına nisbәti.
Şikayәt indeksinin izahı: İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















