"Azərbaycan Dəmir Yolları"nın sədri Gürcüstan ilə yeni şirkətin yaradıldığını elan etdi
ADY Gürcüstanın dəmir yolu təşkilatı ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.13 avqust tarixində Azərbaycan Dəmir Yolları QSC (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasında həlledici rol oynayacaq.
Birgə müəssisənin yaradılması 2007-ci il fevralın 7-də BTQ dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Kartsaxi (Türkiyə Respublikası sərhədinə qədər) dəmir yolu sahəsinin maliyyələşdirilməsi,layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında imzalanmış Sazişə istinadən həyata keçirilib. Sazişə əsasən sözügedən sahənin inşası başa çatdıqdan və istismara verildikdən sonra, sahənin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ADY-nin törəmə cəmiyyəti ilə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə cəmiyyəti tərəfindən bərabər payla (yəni nizamnamə kapitalındakı paylar təsisçilər arasında bərabər bölünəcək) Gürcüstanın qanunvericiliyinə uyğun təsis ediləcək hüquqi şəxsə - Birgə Müəssisəyə verilir. BirgəMüəssisə Marabda-Kartsaxi sahəsinin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi ilə yanaşı əldə edilən vəsaitdən Gürcüstan tərəfinə ayrılmış kredit borcunun tam olaraq geri ödənilməsini həyata keçirəcək.
Qeyd edilib ki, ADY 2023-cü ildə BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinə başlayıb və bu ilin yazında 5 mərhələ üzrə həyata keçirilən işləri uğurla başa çatdırıb. Mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara təkrar start verilib. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Vurğulanıb ki, BTQ dəmir yolunun həyata vəsiqə qazanması qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Belə ki, Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut hesab olunan bu dəmir yolunun yaratdığı əlverişli şərait yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verib. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, o cümlədən Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ Orta Dəhliz üzərində yerləşən ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə iki və çoxtərəfli əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə, sabitliyin təmin olunmasına və dayanıqlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə önəmli töhfələr verməkdədir.
Son dövrdə ADY tərəfindən BTQ-nın genişləndirilməsi istiqamətində görülmüş kompleks işləri bu marşrutla daşımaların sürətini artırmağa, daşınan yüklərin təhlükəsizliyini təmin etməyə, çevik tarif siyasəti yürütməyə, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla daha çox tranzit yükün ölkə ərazisindən keçirilməsinə nail olmağa hesablanıb.
XXX
"AzərbaycanDəmir Yolları" QSC (ADY) Gürcüstanın dəmir yolu təşkilatı ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradıb.
"Marja" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.
Rüstəmov qeyd edib ki, Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
46 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dollar üzərində qalmaqdadavam etdirir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb







.jpg)












