BMW 720 mindən çox avtomobili geri çağırır
Almaniyanın avtomobil istehsalçısı BMW, qısa qapanma təhlüksəi ilə əlaqədar ABŞ-da 720 min 796 avtomobili geri çağırıb.ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında, BMW-nin 2012-2018 model avtomobillərini geri çağırdığı bildirilib.
Marja xəbər verir ki, açıqlamada bu avtomobillərdə su nasosunun düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib.
Açıqlamada geri çağırılacaq avtomobillərin sayının 720 min 796 olduğu, dilerlərin su nasosunu və konnektorunu pulsuz yoxlayacaqları, lazım gələrsə dəyişdirəcəkləri bildirilib.
Açıqlamada qeyd edilib ki, oktyabrın 4-dən geri çağırılacaq avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.
Bu ayın əvvəlində BMW, həddindən artıq qızmaya və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə ABŞ-da 100 mindən çox avtomobili və keçən həftə Çində isə 1,3 milyondan çox avtomobili geri çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
NATO: Türkiyəyə buraxılan İran raketi vurulub, üzvlərimizi müdafiə edəcəyik
- 10 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
10 saat əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
10 saat əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
14 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
Azərbaycanın şirkətlər qrupunun Daşkənddə ofisi açıldı
Ən çox oxunanlar
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir






















