Bloomberg Economics-dən inflyasiya təhlili: Ən yüksək həddə çatıb
Bloomberg Economics iqtisadçılarının fikrincə, qlobal inflyasiya pik həddinə çatıb. Bloomberg Economics qlobal inflyasiyanın ilin sonuna kimi 5,4 faizə düşəcəyini gözləyir.Bloomberg Economics (BE) hesab edir ki, orta qlobal inflyasiya bu ilin ikinci rübündə 6,9 faizdən dördüncü rübdə 5,4 faizə, 2025-ci ilin son rübündə isə 3,2 faizə düşəcək.
Marja xəbər verir ki, iqtisadçılar, inkişaf etmiş iqtisadiyyatlarda 2022-ci ildə isə 7,8 faiz, 2023-cü ilin sonunda 3,1 faiz olan bu nisbətin 2024-cü ilin sonuna doğru 2,3 faizə düşəcəyini proqnozlaşdırırlar.
Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlar üçün mürəkkəb inflyasiya səviyyəsi ikinci rübdə 16,9 faizə çatsa da, BE bu nisbətin ilin son rübündə 11,9 faizə, 2025-ci ilin son rübündə isə 6,9 faizə düşəcəyini gözləyir. Çində inflyasiyanın aşağı səviyyədə qalacağı və son rübdə yalnız 2 faizə yüksələcəyi proqnozlaşdırılır.
BE-nin İnkişaf etməkdə olan bazarlar üzrə Baş iqtisadçısı Ziad Daoudun sözlərinə görə, qlobal inflyasiya yavaşladıqca, pul siyasətləri də yumşaldılacaqdır.
Daoud, “Mülayim istehlak qiymətləri artımı və pisləşən əmək bazarının birləşməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcələrini azaltmasına yol açır. Avropada inflyasiyanın böyük bir enişini gözləyirik ki, bu da eyni ayda daha bir faiz endirimini təmin edəcək. Argentina və Türkiyə kimi həddindən artıq qiymət artımının baş verdiyi ölkələrdə belə, ən pisi geridə qalmış kimi görünür",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

