Microsoft-da süni intellekt üzrə proqram mühəndisinin nə qədər maaş aldığı məlum olub
Microsoft işçilərinə aid olduğu bildirilən sızdırılmış maaş cədvəlinə görə, şirkətin AI (Artificial intelligence) bölməsində çalışanlar Azure və Cloud-dakı həmkarları ilə müqayisədə daha yüksək maaş alırlar. Belə ki, Microsoft-un AI departamentində proqram təminatı mühəndisi orta hesabla 377,611 dollar qazanır. Bu, Microsoft-un Azure və Bulud bölməsindəki bir işçinin orta maaşından ən azı 120 min dollar çoxdur.
Microsoft tamamilə süni intellekt çılğınlığına qapılıb və daim yeni imkanlar və məhsullar təklif etmək üçün texnologiya üzərində işləyir.
Şirkət hesab edir ki, öz potensialını tam reallaşdırmaq üçün süni intellekt təşəbbüsləri üzərində işləyən işçi qüvvəsinə əhəmiyyətli investisiyalar lazımdır. Şirkətin əməkhaqqı məbləğləri illər ərzində mətbuata sızdırılıb. Məbləğlər daha yüksək və aşağı səviyyəli işçilərin nə qədər maaş ala biləcəyinə dair ipuçları verir. Son sızdırılmış məlumatlar süni intellekt şöbəsinin əməkhaqqı diapazonunu üzə çıxarıb və bu şöbənin işçilərinin maddi cəhətdən çox az şikayətləndiyi məlum olub.
Əvvəllər sızdırılmış məlumatlar, şirkətdə ən aşağı vəzifə üzrə əməkhaqqının orta hesabla 42 min 500 dollar təşkil etdiyini, yüksək vəzifələrdə çalışanlarin isə 231 min 700 dollar - 361 min 500 dollar aralığında maaş alldığını göstərmişdi.
Marja xəbər verir ki, indi "Business Insider" tərəfindən əldə edilən yeni maaş cədvəlinə görə, şirkət AI (süni intellekt) departamentində işçilərini məmnun etməkdə qərarlıdır və xüsusilə rəqibləri ilə müqayisədə onlara daha yaxşı maaş verir.
Cədvələ əsasən, AI departamentində proqram təminatı mühəndisinin orta maaşı 377 min 611 dollar təşkil edir ki, bu da Azure və Bulud departamentinin orta əməkhaqqı məbləğindən təxminən 120 min dollar çoxdur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 14 d. əvvəl
-
48 d. əvvəl
Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
""PAŞA Həyat" İnnovasiyanın inkişafına hər zaman töhvə verir"
-
2 saat əvvəl
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
-
2 saat əvvəl
"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ

Xəzər Universitetinə rektor təyin edilib

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR

Azərbaycan neftinin son qiyməti

Tenderlərdə tez-tez qalib olan şirkət qazancını açıqladı

200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur

Azərkosmos-da kosmik zərər
