Avtomobil istifadəsinin artdığı yay mövsümü başa çatır, neft qiymətləri düşə bilər
Liviyada ölkənin ən böyük neft sahəsində istehsalın yenidən başlaması üçün əhəmiyyətli bir addım atılıb. "Marja" xəbər verir ki, ölkənin təhlükəsizlik gücləri,mühüm əhəmiyyətli neft boru xəttini yenidən açıb.
Digər tərəfdən, özəl sektorun maliyyələşdirdiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ölkədə benzin ehtiyatları keçən həftə 1.4 milyon barel artarkən, xam neft ehtiyatları 3.6 milyon barel azalıb. Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı məlumatların, həm benzin, həm xam neft ehtiyatlarının düşdüyünü göstərməsi gözlənilir.
Analitiklər bildirirlər ki, API-nin məlumatlarına ehtiyatla yaxınlaşılmalıdır, çünki bu məlumatlar EIA məlumatları ilə hər vaxt paralel çıxmır. ABŞ-da avtomobil istifadəsinin artdığı yay dövrünün sonuna yaxınlaşılması ilə birlikdə, diqqətlər ABŞ-ın benzin ehtiyatlarında olacaq. Qarşıdakı bir neçə həftə neftayırma zavodlarının istehsal güclərindən istifadəsi və benzin ehtiyatları məlumatlarını izlənəcək. Benzin ehtiyatlarının artması, xam neft emalının aşağı düşməsilə nəticələnə və bu da yenidən ehtuyatların artmasına səbəb ola bilər.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 15 sent düşərək 47.68 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 19 sent ya da 0.4 düşərək 51.68 dollara enib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 43 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb























