Azercell şirkəti “Premium” paketlərin imkanlarını daha da genişləndirdi - YENİLİKLƏR
(®) Azercell şirkəti "Premium" tarif paketlərini yeniləyir. 1 oktyabr 2024-cü il tarixindən qüvvəyə minən dəyişiklik çərçivəsində abunəçilərə seçdikləri “Premium” tarifinə əsasən ölkədaxili danışıq üçün 3000-5000 dəqiqə təqdim edilir.
Dəyişikliklər qüvvəyə mindikdən sonra “Premium” paketləri daha sərfəli və əlverişli olacaq.
Qeyd edək ki, Azercell-in həm Fakturalı, həm də Fakturasız xətt abunəçilərinə 3 fərqli “Premium” tarif paketi təqdim olunur: Premium 50GB (aylıq 59 AZN), Premium 75GB (aylıq 79 AZN), Premium 100GB (aylıq 99AZN).
Bu paketlərə müvafiq olaraq 50 GB, 75 GB və 100 GB internet, şəbəkəxarici və şəbəkədaxili danışıqlar üçün dəqiqələr, “WhatsApp” və “Facebook Messenger” ilə mətn yazışmaları üçün 1 GB internet, eləcə də rouminqdə istifadə üçün paketin həcmindən asılı olaraq 1 GB, 2 GB və 3 GB internet daxildir.
Yenilənmiş paketlərdə internet həcmi dəyişmir, eyni zamanda danışıq üçün daha sərfəli şərtlər təqdim edilir. Belə ki, daha öncə bu paketlər çərçivəsində şəbəkədaxili və şəbəkəxarici danışıqlar üçün nəzərdə tutulan dəqiqə həcmi fərqlənirdi, lakin indi abunəçilərə ölkədaxili danışıqları əhatə edən ümumi bir paket təqdim edilir. Bununla da, “Premium” istifadəçilərinə Azercell abunəçilərinə edilməyən zəngləri də rahat və əlverişli şərtlərlə həyata keçirmək imkanı verilir. Həmçinin müştərilər danışıq balansını daima yoxlamaq məcburiyyətində qalmır.
Yeni şərtlərə əsasən Premium 50GB istifadəçilərinə aylıq 50 saat ölkədaxili (3000 dəqiqə), Premium 75GB istifadəçilərinə aylıq təxminən 67 saat ölkədaxili (4000 dəqiqə), Premium 100GB istifadəçilərinə isə aylıq təxminən 83 saat ölkədaxili (5000 dəqiqə) danışıq imkanı verilir.
Şirkətin mətbuat xidmətindən aldığımız məlumata əsasən bu dəyişikliklər sözügedən tarif istifadəçilərinin ortalama danışıq müddəti nəzərə alınmaqla həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















