"Finca Azərbaycan" kredit portfelini böyüdüb, gəlirlərini və mənfəətini artırıb
"Finca Azərbaycan" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 882 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ilin eyni dövrünü 841 min manat xalis mənfəət il bağlamışdı. Beləliklə, "Finca Azərbaycan"ın xalis mənfəəti 41 min manat və ya 4,9% artıb.
Qeyri-faiz gəlirlərinin azalması, faiz və qeyri-faiz xərclərinin artması faiz gəlirlərindəki artımın böyük hissəsinin silinməsilə nəticələnib.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Finca Azərbaycan"ın faiz gəlirləri (verilmiş kreditlər üzrə) 2023-cü ilin ilk 6 ayında 8 milyon 52 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 9 milyon 632 min manat təşkil edib (1 milyon 580 min manat və ya 19,6% artıb). Təşkilatın qeyri-faiz gəlirləri isə 222 min manatdan 22 min manata geriləyib (200 min manat azalıb).
2024-cü ilin 1-ci yarısında "Finca Azərbaycan"ın faiz xərcləri 715 min manat və ya 45,6%, qeyri-faiz xərcləri isə 614 min manat və ya 10,8% artıb (cəmi faiz və qeyri-faiz xərcləri 1 milyon 529 min manat artıb).
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
"Finca Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin birinci yarısının yekunu ilə müqayisədə 7 milyon 808 min manat və ya 13.3% artaraq 30 İyun 2024-cü il tarixində 66 milyon 559 min manata çatıb. Kredit təşkilatı 30 İyun 2023-cü il tarixində 58 milyon 751 min manat kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 24 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





























.jpg)
