“Rabitəbank” dünyanın nəhəng maliyyə qurumunun “Leading Partner Bank in Azerbaijan” nominasiyasının qalibi olub
(®) Asiya İnkişaf Bankının keçirdiyi “Trade and Supply Chain Awards 2024” müsabiqəsində “Rabitəbank” ASC “Leading Partner Bank in Azerbaijan” nominasiyası üzrə qalib olub.
3 sentyabr 2024-cü il tarixində Sinqapurda 10-cu dəfə keçirilən müsabiqə çərçivəsində müxtəlif seqmentlər üzrə təmsil olunan bankların fəaliyyəti Asiya İnkişaf Bankı (AİB) tərəfindən hərtərəfli qiymətləndirilərək, mükafatlandırılıb.
Qeyd edək ki, “Rabitəbank” ASC və Asiya İnkişaf Bankı arasında 15 Aprel 2024-cü il tarixində “Ticarətin Maliyyələşdirilməsi üzrə Zəmanət Mexanizmi”nə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan sahibkarlarının və bizneslərinin beynəlxalq ticarət fəaliyyətlərini genişləndirmək üçün onları zəruri maliyyə alətləri ilə təmin etməklə dəstəklədiyini nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində, “Rabitəbank” ASC AİB-in geniş beynəlxalq tərəfdaş şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, yerli sahibkarların və bizneslərin xarici dövlətlərdəki şirkətlər və tərəfdaşlarla apardıqları ticarət əməliyyatlarını maliyyələşdirir. Asiya İnkişaf Bankının dəstəyi ilə maliyyələşmə prosesi daha effektiv və etibarlı şəkildə həyata keçirilir.
“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov müsahibəsi zamanı bildirib: “Azərbaycanda xarici ticarətin maliyyələşdirilməsi, idxal-ixrac əməliyyatlarının dəstəklənməsi sahəsində “Rabitəbank” ASC olaraq aktiv şəkildə fəaliyyət göstəririk. Uğurlu tərəfdaşlığın nəticəsi kimi, bu gün bankımız Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə aparıcı bank kimi mükafatlandırılmışdır. Bu, bizim ölkə daxilində beynəlxalq ticarətə verdiyimiz dəstəyin və qlobal maliyyə şəbəkələri ilə əməkdaşlığımızın göstəricisidir.
“Rabitəbank” ASC olaraq, Azərbaycan sahibkarlarına və bizneslərinə daha güclü dəstək göstərməyə davam edəcək, eyni zamanda ölkəmizin qlobal bazarlarda daha da güclənməsinə töhfə verəcəyik”.
Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 23 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)











.jpg)




