"3-cü Dünya müharibəsi başlaya bilər, zarafat etmirəm"
Tramp: "Mən seçiləndə dərhal Putin və Zelenski ilə görüşəcəyəm"Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün yarış davam edir. ABŞ-ın keçmiş prezidenti və respublikaçıların yenidən namizədi Donald Tramp və vitse-prezident və Demokratlar Partiyasının namizədi Kamala Harris canlı efirdə ilk dəfə üz-üzə gəlib.
Marja.az xəbər verir ki, ABC News-un canlı yayımında ilk dəfə üz-üzə gələn Harrislə Trampın debatında tamaşaçı olmayıb, söz növbəsi olmayan prezidentliyə namizədin mikrofonu isə bağlı qalıb. İki prezidentliyə namizəd duel zamanı iqtisadiyyat, sərhəd təhlükəsizliyi, abort, İsrail-Qəzza, Rusiya-Ukrayna müharibəsi kimi bir çox mövzuda açıqlamalar verib.
Aparıcı: "Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyini söylədin, bunu necə edəcəksən? Doğrudanmı Ukraynanı dəstəkləyirsiniz?"
Tramp: "Mən müharibənin bitməsini istəyirəm. Mən bu müharibənin bitməsini istəyirəm, Zelenskini və Putini yaxşı tanıyıram. Mənə hörmət edirlər, amma Baydenə yox. Bayden iki il ərzində Putinlə telefonla belə danışmayıb. Mən seçiləndə dərhal Putin və Zelenski ilə görüşəcəyəm. Baydenin Putinlə necə danışacağını bilmirəm. 3-cü dünya müharibəsi başlaya bilər, zarafat etmirəm. Bəs bizim prezidentimiz haradadır?"
Harris: "Siz Co Baydenə qarşı deyil, mənə qarşı namizədsiniz, əvvəlcə bunu xatırlayın. Rusiya Ukraynanı işğal etməzdən əvvəl Zelenski ilə görüşdüm. Amerika kəşfiyyatından aldığım məlumatları paylaşdım və NATO olaraq biz Ukraynanı dəstəklədik. Tramp prezident olsaydı, Putin Kiyevdə oturardı".
Tramp: “Putin Moskvada oturardı və indikindən qat-qat xoşbəxt olardı. Onun nüvə silahı var və bu barədə heç kim danışmır. Müharibənin başlamasının qarşısını almaq üçün Harrisi göndərdilər və üç gün sonra müharibə başladı. Harris Baydendən də pisdir. Bayden ən pis prezident, Harris ən pis vitse-prezidentdir.
Biz uğursuz ölkəyik və dünyanın hər yerində bizə gülürlər. Bizim liderimiz yoxdur. Biz III Dünya Müharibəsinə girəcəyik və bu, heç bir müharibə kimi olmayacaq".
"Harris İsrailə nifrət edir, seçilərsə İsrail 2 ildən sonra yox olacaq"
Aparıcı: "Qayıdaq İsrail-Həmas münaqişələrinə. Siz dediniz ki, İsrailin özünü müdafiə etmək hüququ var, amma bunu necə edəcəyi vacibdir".
Harris: "İsrailin özünü müdafiə etmək hüququ var, amma bunu necə edəcəyi vacibdir. Çoxlu sayda günahsız mülki insan öldü, bu müharibə dərhal başa çatmalıdır. Bunun üzərində 24/7 işləyirik. Fələstin və İsrail xalqları üçün bərabər şəkildə təhlükəsizlik istəyirik. Özümümüdafiədə İsraili həmişə dəstəkləyəcəyəm. Qəzzanı yenidən quracağıq. Fələstinlilər təhlükəsizlik şəraitində yaşayacaq və özünüidarə hüququna sahib olacaqlar".
Tramp: "Mən olsaydım, bu müharibə başlamazdı. O, hətta Netanyahu ilə də görüşməyib. Harris İsrailə nifrət edir, seçilərsə İsrail 2 ildən sonra yox olacaq. Prezident olsam, vəzifəyə gəlməzdən əvvəl bu müharibəni bitirəcəyəm".
Harris: "Bu tamamilə yalandır, hamı bilir ki, mən İsraili dəstəkləyirəm. Amma Tramp bunları xarici siyasətdə zəif olduğu üçün deyir. Bir çox hərbi rəhbərlər deyir ki, sən biabırçısan. Tramp diktator olmaq istəyir, diktatorlar Trampı dəstəkləyirlər, çünki ondan istifadə edirlər".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















