SİMA-da hər gün 40000 nəfər uğurla qeydiyyatdan keçir
(®) Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir.
Müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən SİMA rəqəmsal imza, Elektron imza (SİMA Token) və Asan imza ilə həyata keçirilir.
SİMA rəqəmsal imza vətəndaşlar üçün rahat və iqtisadi cəhətdən sərfəli bir vasitədır. “SİMA İmza”nı əldə etmək üçün hansısa müəssisə və təşkilata getməyə, hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Vətəndaşlar onlayn qaydada, sadəcə smartfonlarına “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldə etmiş olur və əmək müqaviləsini istənilən vaxt, istənilən yerdə imzalaya bilirlər.
“SİMA İmza”nın ƏMAS platformasına inteqrasiyası vətəndaşların kütləvi şəkildə elektron imza almaq üçün xidmət məntəqələrinə getməsinin, uzun və yorucu növbələr yaranmasının qarşısını alıb.
Statistikaya əsasən son 1 həftə ərzində ƏMAS platformasında 150 mindən çox əmək müqaviləsi “SİMA İmza” ilə imzalanıb. Hər gün təxminən 40000 nəfər tətbiqdə uğurla qeydiyyatdan keçir.
Lakin bəzi hallarda vətəndaşların şəxsi smartfonunun olmaması və nəticədə “SİMA İmza”dan istifadə edə bilməməsi halları yaşanır. Bu cür hallarda işəgötürənin öz əməkdaşını digər üsullarla elektron imza ilə təmin etməsi məqsədəuyğun hesab edilir. Bununla belə, “AzInTelecom” MMC smartfonu olmayan vətəndaşlara dəstək məqsədi daşıyan rəqəmsal imza həlli hazırlayır.
Eyni zamanda SİMA İmza tətbiqində qeydiyyatdan keçən zaman bir sıra şəxslərin çətinliklə üzləşdikləri də müşahidə edilir. SİMA İmza tətbiqində qeydiyyat vətəndaşın şəxsiyyət vəsiqəsindəki şəklinin biometrik üz cizgiləri ilə eyniləşdirilməsi nəticəsində aparılır. Odur ki, biometrik qeydiyyat zamanı cihazın ekranına arxadan və kənardan işıq düşdükdə, sifət aydın görünmədikdə, üzü bağlayan vasitələr olduqda, estetik əməliyyatlar nəticəsində simada müəyyən dəyişikliklər edildikdə problemlər yaranır.
Qeydiyyat prosesində həmçinin biometriya və süni zəka tətbiq olunur. Bu da başqasının əvəzinə qeydiyyatdan keçmək hallarının qarşısını alır.
SİMA İmza tətbiqində qeydiyyat prosesi ilə aşağıdakı videomaterialda ətraflı tanış ola bilərsiniz:
Əlavə olaraq, biometrik qeydiyyat zamanı aşağıdakı videomaterialda qeyd edilən məqamlara diqqət etməyiniz xahiş olunur:
“SİMA İmza” tətbiqində qeydiyyatla bağlı 157 Zəng Mərkəzinə, alternativ olaraq SİMA-nın sosial media platformalarındakı səhifələrinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi ilə bağlı sual yarandıqda isə “DOST Çağrı Mərkəzi 142”yə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















