AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakıda “Chain Reaction 2024” tədbiri keçirilib. 10-12 sentyabrda baş tutan tədbirin əsas mövzuları veb 3.0, innovativ texnologiyalar, blokçeyn, kriptovalyuta, süni intellekt, rəqəmsal aktivlər və s. olub.
Tədbirin əsas sessiyasında AzInTelecom-un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev texnologiya və kommunikasiya sahəsində yeniliklərə dair “İnteqrasiya edilmiş innovativ ekosistemlərin yaradılması” mövzusunda çıxış edib.
O, çıxışı zamanı şirkətin təqdim etdiyi bulud xidmətləri və yeni nəsil rəqəmsal SİMA imza ilə bağlı sualları cavablandırıb. F.Fərəcullayev bildirib ki, artıq 200-dən çox qurum öz informasiya sistemlərini AzInTelecom-a məxsus Data Mərkəzlərimizə köçürüb. Hazırda yeni 2 Data Mərkəzin tikilməsi istiqamətində isə işlər aparılır.
O, SİMA biometrik imza sayəsində isə dövlət qurumları və biznes subyektlərinin xidmətlərini rəqəmsallaşdırdığını, ölkənin ən ucqar yerlərində yaşayan vətəndaşlarımızın belə heç yerə getmədən bu xidmətlərdən yararlana bildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, konfransın sponsorlarından biri olan “AzInTelecom”un stendində şirkətin məhsul və xidmətləri barədə qonaqlara ətraflı məlumat verilib, hədiyyələr təqdim edilib.
Chain Reaction 2024 tədbirinin gedişatında çıxışlarla yanaşı, panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
13 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)







