Premium mənzil axtarışında olanların nəzərinə - “City Garden Narimanov”da təmir işləri sonuncu mərhələdə!
(®) Bakı şəhərinin coğrafi mərkəzində yerləşən "City Garden Narimanov" yaşayış kompleksində tikinti işləri tamamlanmaq üzrədir və mənzillərin yaxın aylarda tam təmirli formada təhvil verilməsi planlaşdırılır.
21 hektar ərazidə inşa edilən bu layihənin 17 hektarı tamamilə yaşıllaşdırma üçün ayrılıb və burada sakinlərə şəhərin səs-küyündən uzaq, təbiətə yaxın bir həyat tərzi təqdim edilir.

Hazırda “City Garden Narimanov” layihəsində mənzillərin daxili təmir işləri sürətlə davam edir, fasad işlərinin böyük hissəsi artıq tamamlanıb və pəncərələr quraşdırılıb. Həyətyanı sahədə isə yaşıllaşdırma işləri paralel şəkildə icra edilir, sakinlərin həyatını daha da rahat və gözoxşayan edəcək geniş parklar və istirahət zonaları yaradılır.
Qeyd edək ki, layihədə optimal şəkildə planlanmış müxtəlif mənzil seçimləri, o cümlədən 106.78 kv.m-lik 3 otaqlı və 127.42 kv.m-lik 4 otaqlı mənzillər təklif edilir. Bu mənzillər geniş yaşayış sahəsi və rahatlıq təmin edir və böyük ailələr üçün ideal seçimdir.

“City Garden Narimanov” həmçinin sakinlərinə Avropa brendləri ilə təchiz olunmuş yüksək keyfiyyətli təmir təqdim edir. Mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın "Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur.

City Garden Narimanov layihəsi şəhərin əsas infrastrukturlarına yaxın yerləşməsi ilə də fərqlənir. Nəriman Nərimanov metro stansiyasına, böyük ticarət mərkəzlərinə və sosial obyektlərə olan yaxınlıq sakinlərin gündəlik həyatını daha rahat edir.
20 ilədək ipoteka krediti şərtləri ilə “City Garden Narimanov”dan siz də mənzil əldə edə bilərsiniz.
Ətraflı məlumat: *1544 və ya 050 293 10 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)













